Poylu dəmiryolu körpüsü — Kür çayı üzərində dəmiryolu körpüsü.[1]
Poylu dəmiryolu körpüsü | |
---|---|
41°14′31″ şm. e. 45°26′25″ ş. u.HGYO | |
Keçid | Qatarlar üçün |
Üslubu | Tağ körpü |
Material |
metal dəmir-beton |
Uzunluğu | 208,7 m |
Açılışı |
1898 1921 1997 2014 |
Poylu dəmiryolu körpüsü 1898-ci ildə inşa edilmişdir.[2] Körpü Bakı-Tbilisi dəmiryolunun çəkilişi zamanı tikilmişdir. 1921-ci ilin fevralında gürcü menşevikləri "Qızıl Ordu"ya mane olmaq üçün körpünü dağıtmışdılar. Azərbaycan, Gürcüstan və Ermənistanın 1200 nəfər fəhlə, kəndli və qulluqçusu dörd gün ərzində A.Serebrovskinin rəhbərliyi ilə Poylu dəmiryolu körpüsünü bərpa etmişdir. İnşaatçılar 1921-ci il fevralın 23-də mitinq keçirərək körpüyə Leninin adını vermək haqqında qərar qəbul etmiş və V.İ.Leninə teleqram göndərmişdilər[1].
Körpü 12,3+34,7+88,3+56,6+11,9 m sxeminə malik idi və onun tam uzunluğu 208,7 m idi. Metal ferma şəkilli aşırım qurğularının tirilərinin uzunluğu 34,7 m, 88,3 m və 56,6 m təşkil edirdi. 12,3+11,9 m olan aşırım qurğusu isə dəmir-beton tirdən hazırlanmışdır[2].
1995-ci ildə "EVRASCON" korporasiyası Poylu yaşayış məntəqəsinin yaxınlığındakı dəmir yolu körpüsünün aşırım qurğusunun tirlərini dəyişdirmişdir. Yenidənqurma işləri zamanı uzunluğu 12,3 və 11,9 metr olan aşırım qurğusu tirləri yeni dəmir-beton tirdən hazırlanmış aşırımlarla əvəz edilmişdir, lakin uzunluğu 34,7 metr olan aşırım qurğusu tirləri bütöv divarlı metal tir üzərində dəmir-beton plitə ilə əvəzlənmişdir. Uzunluğu 88,3 və 56,6 metr olan aşırımlar isə aşağı gedişli qəfəs tipli metal fermalarla əvəz edilmişdir. Körpü qənaətbəxş qiymətlə istismara verilmişdir. Layihə 1997-ci ildə başa çatdırılmışdır[2].
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |