"Praktiki magiya" (ing. Practical Magic) — amerikan mistik və romantik komediya janrında, Elis Hoffmanın eyniadlı romanı əsasında çəkilmiş film. 1998-ci ildə ekranizasiya olmuşdur.
Praktiki magiya Practical Magic | |
---|---|
ing. Practical Magic | |
Janr | Dram janrı |
Rejissor | Qriffin Dann |
Prodüser |
|
Ssenari müəllifləri | |
Baş rollarda |
Sandra Ballok Nikol Kidman Qoran Vişniç Eydan Kuinn |
Bəstəkar | Alan Silvestri |
İstehsalçı | Village Roadshow Pictures[d] |
Distribütor | Warner Bros., Netflix |
İlk baxış tarixi | 1998, 17 dekabr 1998[3] |
Filmin növü | Bədii film |
Müddət | 103 dəq. |
Büdcə |
$60.000.000[1] $75.000.000[2] |
Ölkə | ABŞ |
Dil | İngiliscə |
İl | 1998 |
Rəng | rəngli |
IMDb | ID0120791 |
Salli və Cillian — Ouens cadugər nəslinə aiddirlər. Bu ailənin qadınları qurbağa ayaqlarından və yarasa qanadlarından nəinki möcüzə yarada blir, həmçinin ailəyə qoyulmuş lənəti mənimsəyirlər — Ouens ailəsinin qadınlarının sevqi romanları, onların seçdiyi kişilər üçün həmişə tragiq sonla bitir. Ouens ailəsinə həmçinin 2 ekssentrik xala da aiddir: Frensis və Bricet, bir də Sallinin böyüyən 2 qızı; onlar Sallinin qısamüddətli ailə həyatı zamanı doğulmuşlar və bu nəsillə ailə həyatı quran bütün kişilər kimi, o da vaxtından əvvəl həyatdan köçür.
Hələ uşaqlıqda, Salli istədiklərini fəlakətə sürməmək üçün heç bir zaman heç kəsə aşiq olmayacağına and içdi. Bunun üçün o arzu tutdu: onun sevgilisi ağ atda tərs oturaraq gələcək, kaktus formasında blinçiklər hazırlayacaq, gözləri isə 2 rəngdə olacaq (yaşıl və mavi). Sonradan o belə insanı tapacaq və onun üstündən lənət götürüləcək.
Bu zaman isə onun bacısı Cillian sadəlövh, qeyri-ciddi xarakterli böyüdü. O öz sevgililərini, onlar haqda yüksək magiya güclərinin öyrənməsinə qədər atırdı. Bir gün o çox yaraşıqlı bolqar mənşəli, Cimmi Angelov adında oğlanla tanış olur və onunla səyahətə qaçır. Onların coşğun romanı, Cimminin Cillianı döyməsi ilə bitir. Cillian qorxu içərisində Salliyə zəng vurur və kömək etməsini xahiş edir. Salli bacısının qaldığı motelə gəlir, onlar qaçmağa çalışırlar. Lakin pyan Cimmi onlara təcavüz eləyir. Salli gizli şəkildə Cimminin içkisinə belladona tökür. Cimmi onu içərək huşunu itirir. Ancaq zəhər onun içkisinə çox töküldüyündən o ölür. Bacılar onu qadağan sehr kitabı ilə dirilməyə gərar verirlər (xalalar əvvəllər Sallinin ölmüş həyat yoldaşını bu kitabla diriltməyə razı olmamışdılar, çünki bu üsulla dirilmiş adam başqa cür, çox pis xislətli olur). Qorxular təsdiqləndi. Angelov həyata daha da aqressiv və kinli gəldi. Salliyə onu 2-ci dəfə (artıq tava ilə) öldürməkdən başqa heç bir şey qalmır. Cimminin bədənini bacılar evin qarısında basdırırlar. Sabahısı gün basdırılan yerdə qırmızı qızılgül kolu bitir.
Bu vaxt isə Ouenslərin evinin qarşısında detektiv Harri Xallet peyda olur, o aktyorun itməsini araşdırır. O məhz Sallinin uşaqlıqda arzusunda olduğu kişi olur. Harri və Salli arasında eşq yaranır, amma sonradan Harri bacıların elədikləri hər şey haqqda öyrənir. Angelovun ruhu Cillianı axtarır və onun bədəninə girir. Salli və xalalar şəhərdə yaşayan qadınlara zəng edərək onlardan kömək istəyirlər. Final ayinindən sonra Angelovun ruhu qovulur. Filmin sonunda, Harri Sallinin yanına qayıdır. Ondan bir müddət öncə, Harri ona məktub göndərmişdi: bu məktubda Angelovun ölüm səbələrini araşdıran istintaq işinin bağlanılması göstərilmişdi.
İl | Nominasiya işi | Mükafat | Nəticə |
---|---|---|---|
1999 | Funniest Supporting Actress in a Motion Picture Dianne Wiest |
American Comedy Award | Namizəd |
1999 | Favorite Supporting Actress – Comedy/Romance Stockard Channing |
Blockbuster Entertainment Award | Qazandı |
1999 | Favorite Actor – Comedy/Romance Aidan Quinn |
en:Blockbuster Entertainment Award | Namizəd |
1999 | Favorite Song from a Movie Faith Hill For the song "This Kiss". |
Blockbuster Entertainment Award | Namizəd |
1999 | Favorite Supporting Actress – Comedy/Romance Dianne Wiest |
Blockbuster Entertainment Award | Namizəd |
1999 | Best Performance in a Feature Film – Supporting Young Actress Camilla Belle |
Young Artist Award | Namizəd |
1999 | Best Performance in a Feature Film – Supporting Young Actress Evan Rachel Wood |
Young Artist Award | Namizəd |