Preqradnaya (abq. Преградная, qaraç.-balk. Преградна, noq. Преградный) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikası, Urup rayonunun inzibati mərkəzi.
Preqradnaya | |
---|---|
43°57′ şm. e. 41°11′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1860 |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 369260 |
Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir.
Partizan Anna Andreyevna Qolokolosovaya qoyulan abidə. Preqradnaya partizan dəstəsinə bağlı tibb bacısı olan A. A. Golokolosova Böyük Vətən müharibəsi illərində Preqradnayada almanlara qarşı mübarizə aparmışdır. Nasistlər tərəfindən tutularaq, 1942-ci il 1 oktyabrda güllələnmişdir[3].
Böyük Vətən Müharibəsi zamanı həlak olanların kütləvi məzarlığında abidə.
Sutul dərəsində qayaüstü rəsmlər.
Preqradnaya kəndi yaxınlığındakı, Urup çayı sahilində, Triqolnaya mağarası vardır. Burada aşkarlanmış yandırılmış heyvan sümükləri və çaxmaqdaşıdan hazırlanmış alətlər mağarada yaşayan insanların Mustye mədəniyyəti dövründə yaşadığının göstəricisidir. Burada insanlar bəlkə də daha erkən - 600 min il əvvəl yaşamışlar. Bu isə Triqolnaya mağarasını Şərqi Avropada erkən paleolit dövrünün ən qədim yeri hesab etməyə imkan verir.
Maqomed Çomayeviç Qerbekov - Rusiya Federasiyasının Qəhrəmanı, Preqradnayada yaşayırdı.
Andrey Andreeviç Enjiyevski - Sovet İttifaqı Qəhrəmanı, Preqradnayada yaşayırdı.
Dmitri Qennadiyeviç Medvedev - Rusiya Federasiyasının Qəhrəmanı (ölümündən sonra), Preqradnaya bölgəsində sərhəd qoşunlarında xidmət etmişdir.
Nikolay Mixayloviç Şunin, - Şöhrət Ordeninin sahibi, Preqradnayada doğulmuşdur.
Müqəddəs həvarilərə bərabər Kiril və Mefodi kilsə[4]. Mövcud məbəd 1988-1992-ci illərdə tikilmişdir. Onun yanında bazar günü məktəbi fəaliyyət göstərir.
2002-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:
ruslar — 4 528 nəf. (69 %),
qaraçaylılar — 1 817 nəf. (27,7 %),
ukraynalılar — 36 nəf. (0,5 %),
digər millətlər — 185 nəf. (2,8 %).
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[6]:
ruslar — 5 317 nəf. (71,2 %),
qaraçaylılar — 1 897 nəf. (25,4 %),
özbəklər — 77 nəf. (1 %),
digər millətlər — 129 nəf. (1,7 %),
milliyətini bildirməyənlər — 46 nəf. (0,6 %).