Urup rayonu (abq. Уарп район, kab.-çərk. Уарп район / Уарп куей, qaraç.-balk. Уруп район, noq. Уруп район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Preqradnaya qəsəbəsidir.
Urup rayonu | |
---|---|
43°55′ şm. e. 41°11′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Preqradnaya[1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1938 |
Sahəsi |
|
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 87876 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Urup rayonu Qaraçay-Çərkəz Respublikasının cənub-qərb hissəsində yerləşir. Rayonun ümumi sahəsi 2782.00 km²-dir.
Aşağıdakı ərazilərlə həmsərhəddir:şərqdə Zelençuk rayonu, qərbdə Krasnodar diyarının Mostovski, şimalda isə Labinski və Otradnenski rayonları, cənubda qismən tanınmış Abxaziya Respublikası.
Rayonun ərazisi respublikanın dağlıq hissəsində yerləşir. Silsilələr və çay vadilərindən ibarətdir. Ərazinin iqliminə dağların təsiri böyükdür (sərin yay, nisbətən isti qış) olur. Rayon torpaqları dağ kənd təsərrüfatı zonasında yerləşir.
Arxiv məlumatlara görə Urup rayonu əvvəllər Preqradnenski adlanırdı[3]. Rayon 7 sentyabr 1938-ci ildə Qaraçay Muxtar Vilayətinin tərkibində təşkil olunmuşdur. Qaraçay xalqının deportasiyası ilə əlaqədar 12 oktyabr 1943-cü ildə Qaraçay Muxtar Vilayəti və Preqradnenski rayonu ləğv edilir. 1957-ci ilin yanvar ayında rayon yenidən təşkil olunur.
RSFSR Ali Sovetinin Rəyasət Heyətinin 9 yanvar 1957-ci il tarixli 721/3 qərarı ilə Krasnodar diyarından rayona aşağıdakılar yaşayış məntəqələri verildi: Psemyon, Yerşov ferması, Rojkao, Asiya və Podskalnı kəndləri, eləcə də indiki bir sıra qəsəbələr (Yuxarı Beskes, Nijni Beskes, Mostovaya Polyana, Tamski, Toçyonı).
Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin 23 fevral 1960-cı il tarixli 713/10 fərmanı ilə Krasnodar diyarının Kurdjin kənd sovetliyi (Kurdjinovo, Predgornı və Tyoplı kəndlərindən ibarətdir) ayrıca Qaraçay-Çərkəz Muxtar Vilayətinin Preqradnenski rayonuna verilir.
Rayon ərazisində ümumi əhalinin 23,63 % şəhərlərdə yaşayır.
Xalq | 2002[4] | 2010[5] |
---|---|---|
ruslar | 14 000 (75,1 %) | 18 885 (77,65 %) |
qaraçaylılar | 3 476 (18,6 %) | 4 456 (18,32 %) |
ukraynalılar | 407 (2,2 %) | 236 (0,97 %) |
özbəklər | 4 (<0,1 %) | 100 (0,41 %) |
çərkəzlər | 72 (0,4 %) | 87 (0,36 %) |
ermənilər | 57 (0,3 %) | 80 (0,33 %) |
tatarlar | 100 (0,5 %) | 68 (0,28 %) |
belaruslar | 88 (0,5 %) | 50 (0,21 %) |
almanlar | 52 (0,3 %) | 39 (0,16 %) |
osetinlər | 34 (0,2 %) | 32 (0,13 %) |
noqaylar | 18 (0,1 %) | 27 (0,11 %) |
ləzgilər | 38 (0,2 %) | 25 (0,10 %) |
gürcülər | 27 (0,1 %) | 23 (0,09 %) |
yunanlar | 21 (0,1 %) | 21 (0,09 %) |
azərbaycanlılar | 19 (0,1 %) | 19 (0,08 %) |
balkarlar | 4 (<0,1 %) | 14 (0,06 %) |
qazaxlar | 33 (0,2 %) | 14 (0,06 %) |
abazinlər | 9 (<0,1 %) | 13 (0,05 %) |
digər millətlər | 195 (1,0 %) | 131 (0,54 %) |
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[6]:
Yaş | Kişilər, nəf. |
Qadınlar, yaş. |
Ümumi say. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 2 216 | 2 089 | 4 305 | 17,64 % |
15 — 59 yaş | 7 588 | 8 097 | 15 685 | 64,27 % |
60 yaşdan yuxarı | 1 694 | 2 720 | 4 414 | 18,09 % |
ümumi | 11 498 | 12 906 | 24 404 | 100,0 % |
Kişilər — 11 498 nəf. (47,1 %. Qadınlar — 12 906 nəf. (52,9 %).
Əhalinin orta yaşı — 38,1 yaş. Kişilərin orta yaşı — 36,0 yaş. Qadınların orta yaşı — 39,9 yaş.