Prielbrus Milli Parkı

"Prielburus" Milli ParkıElbrus bölgəsinin unikal təbiət kompleksini qorumaq üçün 22 sentyabr 1986-cı ildə yaradılmış milli park. Parkda həm də mütəşəkkil istirahət, turizm və alpinizmin inkişafı üçün şəraitin yaradılmışdır.[1] Milli park Kabarda-Balkariya Respublikasının ərazisindədir. Sahəsi 100 min hektardır.

Prielbrus Milli Parkı
rus. Приэльбрусье (национальный парк)
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 100 000 ha
Yaradılma tarixi 22 sentyabr 1986
Yerləşməsi
43°21′11″ şm. e. 42°33′39″ ş. u.
Ölkə  Rusiya
эльбруспарк.рф
Prielbrus Milli Parkı xəritədə
Prielbrus Milli Parkı
Prielbrus Milli Parkı
Prielbrus Milli Parkı xəritədə
Prielbrus Milli Parkı
Prielbrus Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milli parkın ərazisi Mərkəzi Qafqaz regionunda, orta və yüksək dağlıq zonada (dəniz səviyyəsindən 1400–5642 m hündürlükdə) yerləşir. Əsasən Baş QafqazYan silsilələrinin bir hissəsini əhatə edir.

Milli parkın hüdudlarında bir neçə morfoloji relyef formaları diqqəti cəlb edir:alp-buzlaq, orta hündürlükdə dağlıq relyef, lava axınları, göl-çuxur[2].

Milli parkın faunası zəngindir və burada 63 növ məməli, 111 növ quş, 11 növ sürünən, 8 növ amfibiya, 6 növ balıq və çoxlu sayda həşərat növü vardır.[3] Park ərazisində diqqəti cəlb edən məməlilərdən qarapaçanı, balıqlardan isə çay forelini (lat. Salmo trutta morpha fario) misal göstərmək olar. Həşəratlar arasında çoxlu endemik formalar var. Belə ki, gündüz kəpənəklərinin 63 növündən 20 növünə yalnız Elbrus bölgəsində rast gəlinir.[3]

Kabardin-Balkarıyanın çiçəkli bitkilər florası təxminən 3000 növdən ibarətdir ki, bu da bütövlükdə Qafqazda bitən növlərin 50%-ni təşkil edir. Ən cəlbediciləri hündürlüyü 8–15 sm və 40–50 ilə 70–80 sm arasında olan alp və subalp çəmənləridir.[4]

Milli parkın ərazisində 23 istirahət obyekti fəaliyyət göstərir ki, burada mövsüm ərzində 5 minə yaxın insan istirahət edə bilər. Planlı turizm əsasən Elbrus Turizm və Ekskursiyalar Şurasının himayəsi altında həyata keçirilir. Ekskursiyalar 16 tematik marşrut üzrə aparılır.[5]

Elbrus bölgəsinin mədəni-etnoqrafik irsinin təbliği və dağ turizminin, aktiv həyat tərzinin beynəlxalq səviyyədə populyarlaşdırılması məqsədilə Rusiyada ekologiya ili elan edilmişdir. 2017-ci ilin əvvəlində ilk dəfə olaraq milli parkının "Üzünü" seçmək qərara alındı ​. Bu ada Şimali Osetiya-Alaniya Respublikasının əməkdar artisti və Alaniya əyalətinin əməkdar artisti — Dina Bekoeva layiq görüldü.[6][7]

  1. "Особо охраняемые природные территории России". 2013-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-22.
  2. "Особо охраняемые природные территории России". 2012-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-22.
  3. 1 2 "Особо охраняемые природные территории России". 2012-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-22.
  4. "Министерство природных ресурсов и экологии Российской Федерации". 2012-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-22.
  5. https://web.archive.org/web/20131217221807/http://oopt.info/prielbrus/
  6. "У сурового Приэльбрусья теперь милое осетинское лицо | РИА Кабардино-Балкария". kbrria.ru. 2019-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.
  7. "Заслуженная артистка Южной и Северной Осетии Дина Бекоева выбрана лицом национального парка «Приэльбрусье»" (rus). Россия Алания. 2019-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.