Prilipko gəvəni

Prilipko gəvəni (lat. Astragalus prilipkoanus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU C2a(i). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.[1][2] Regional IUCN Statusu EN B2ab (v). [1][2][3]

Prilipko gəvəni
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Prilipko gəvəni
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

15-40 sm hündürlükdə, çoxillik bitkidir. Yarpaqcıqlar 8-12 cüt, dəyirmi-yumurtaşəkillidir, 5-20 mm uzunluğunda, 3-8 mm enindədir. Kasacıq boruvaridir. Tac bozumtul bənövşəyi rəngdə, 20-22 mm uzunluqdadır. Yumurtalıq tüklüdür. Paxlası oturaq, düz, təxminən 2 sm uzunluğunda, xətvari, qısa bizvari buruncuqlu, qısa qara və ağ xovludur.[1][2][4] Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may-iyun-iyul aylarına təsadüf edir. Quraqlığa davamlı (kserofit), işıqsevən bitkidir (heliofit), toxumla çoxalır, orta dağ qurşağında, quru və çınqıllı yamaclarda, taxıl-müxtəlifotlu qruplaşmalarda rast gəlinir.[1][2][4][5][6]

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyanın sayı azdır və dəyişilmir.[1][2] Məhdudlaşdırıcı amillər antropogen və ekoloji amillərdir.[1][2] Bitdiyi sahənin qorunması, növün müasir vəziyyətinin dəqiqləşdirilməsi, introduksiyası, toxumlarının toxum bankında saxlanması təklif olunur.[1][2]

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Naxçıvanın dağlıq hissəsində yayılmışdır (Kəngərli rayonu Anabadgədik dağı; Şahbuz rayonu Badamlı, Kükü kəndləri; Culfa rayonu Şurud, Hal kəndləri; Ordubad rayonu Tivi, Biləv, Paraqa kəndləri ətraflarında).[1][2][7][8][6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 Azərbaycan Respublikasının Qırmızı kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı: 2013
  2. 1 2 3 4 5 6 7 8 "Arxivlənmiş surət". 2021-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-24.
  3. Schtaz G., Shulkina T., Solomon J., 2013
  4. 1 2  Флора Азербайджана, 1954
  5. Ахундов Г.Ф., 1972
  6. 1 2 Naxçıvan MR-in Qırmızı kitabı, 2010
  7. Ахундов Г.Ф. и др., 1978
  8. Azərbaycan SSR-in Qırmızı kitabı. 1989

Həmçinin bax[redaktə | mənbəni redaktə et]