Pro Armenia (azərb. Ermənistan tərəfdarı) — iki həftədə bir buraxılan fransızdilli jurnal. 1900-cü ildə təsis edilmişdir və ermənipərəst mövqe tuturdu.[3] Jurnalın məqsədi Avropada Osmanlı imperiyasında yaşayan ermənilərinin vəziyyəti haqqında məlumat yaymaq idi. Bu, Daşnaksutyunun həmtəsisçisi Xristofor Mikaelyanın təşəbbüsü ilə bir sıra tanınmış Dreyfusçu və solçu ziyalıların köməyi ilə yaradılmışdır.[4][5] Pyer Kiyar onun baş redaktoru, Jan Longe isə katibi idi. Onun redaksiya komitəsinin üzvləri Jorj Klemanso, Anatol Frans və başqaları idi.[5] 1908-ci il Osmanlı konstitusiya inqilabından sonra nəşri müvəqqəti olaraq dayandırılmışdır. 1912 və 1913-cü illərdə "Pour les Peuples d'Orient" adı ilə yenidən nəşr olunmuşdur. 1914-cü ildə orijinal adı bərpa edilmişdir, lakin həmin il nəşrini dayandırmışdır.[4]
Pro Armenia | |
---|---|
Təsis tarixi | 25 noyabr 1900[1] |
Nəşrini dayandırıb | 1 iyul 1914 |
Ölkə | |
Qərargah | |
Dil | fransız dili |
ISSN | 2018-9257, 2419-3097 |
OCLC nömrəsi | 719405803 |