Prokliyan gölü

Prokliyan gölü (xorv. Prokljansko jezero) — Xorvatiyanın Dalmaçiya regionunda, Skradin və Şibenik şəhərlərinin yaxınlığında yerləşən göl.[1]

Prokliyan gölü
xorv. Prokljansko jezero
Ümumi məlumatlar
Mütləq hündürlüyü 500 m
Sahəsi 11,1 km²
Dərin yeri 25 m
Tökülən çaylar Krka, Quduça
Yerləşməsi
43°52′45″ şm. e. 15°55′21″ ş. u.
Ölkə  Xorvatiya
Region
Yerləşməsi Skradin
Şibenik
Prokliyan gölü xəritədə
Prokliyan gölü
Prokliyan gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Prokliyan gölü Xorvatiyanın ən böyük 3-cü gölüdür. Krka Milli Parkında və Krka çayının cənubunda yerləşən göl, 11,1 kvadrat kilometrlik bir sahəni əhatə edir[1]. Dəniz səviyyəsindən yüksəkliyi 0,5 metrdir. Gölün ən dərin yeri 25 metrdir.[1] Gölün dənizlə əlaqəsi olmasına baxmayaraq yüksək duzluluq dərəcəsinə sahib deyil. Gölün aşağı təbəqələrində su duzludur, səthinin yaxınlığında isə şirinsu mövcuddur. Gölün şimal hissəsi dayazdır. Gölün şimal hissəsinin orta dərinliyi təxminən 4 metrdir. Cənub hissəsi isə 20 ilə 25 metr arasındadır. Gölün əsas qolu, mənbəyi Bosniya və Herseqovina-Xorvatiya sərhədinin yaxınlığında yerləşən Krka çayıdır. Çay Knin şəhərindən keçərək, Skradin şəhərinin yaxınlığında yerləşən Prokliyan gölünə axır.

Görməli Yerləri

[redaktə | mənbəni redaktə et]

Gölün şimal hissəsində antik dövrdən orta əsrlərə qədər gedib çatan xarabalıqlara sahib olan Stipanas adında kiçik bir adacıq mövcuddur.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Krka Milli Parkı, Skradin şəhərindən təxminən on beş kilometr uzaqlıqda yerləşən və hər il təxminən 700 min ziyarətçini cəzb edən məşhur bir turizm mərkəzidir.

Prokliyan gölündə bütün il balıq ovçuluğu olur. Şirinsu və duzlu suya sahib olduğundan ötəri bu balıqlar ovlanılır:

  1. 1 2 3 ""Coğrafi və meteoroloji məlumatlar"" Arxivləşdirilib 2016-08-03 at the Wayback Machine (PDF). Statistika İlliyi. Xrovatiya Statistika Şöbəsi. 2009. Alındı 2011-09-20.