Prometey (təşkilat)

PrometeyAvropada 1926-cı ildən 1939-cu ilə qədər fəaliyyət göstərən siyasi təşkilat.[1]

Prometey
Növü Siyasi
Yaranma tarixi 1926
Ləğvolma tarixi 1939
Yarandığı yer Paris, Fransa

Parisdə 1920-ci illərdə mühacirlərlə əlaqəli ciddi işlər aparılırdı. Mühacirlərə dəstək planının genişlənməsi üçün 1926-cı ildə keçmiş Çar Rusiyası xalqlarının liderləri beynəlxalq təşkilat kimi fəaliyyət göstərən "Prometey" klubunu yaratdılar.[2] Bu hərəkatın genişlənməsi üçün 1926-cı ildə fransız dilində "Prometey" jurnalı nəşr edilməyə başladı.[2] Jurnalın redaksiya heyəti və daimi müəllifləri tərkibinə Qafqazın, TürküstanınUkraynanın aşağıdakı görkəmli xadimləri daxil oldular: Məhəmməd Əmin Rəsulzadə, Noy Jordaniya, Aleksandr Şulqin, Ayaz İshaqi, Mustafa Çokayoğlu, Mir Yaqub Mehdiyev və digərləri.[2]

Parisdə çap edilən "Prometey" jurnalında isə Məhəmməd Əmin Rəsulzadənin aşağıdakı maraqlı məqalələri çap edilmişdi:[2] 1) “Azərbaycan Respublikası”, 1926, N1, səh. 25-31; 2) “Bolşeviklərin Şərq siyasəti”, 1928, N20, səh. 10-14; N21, səh. 6-11; 3) “Qafqaz Birliyi”, 1929, N36, səh. 5-7; 4) “Milli Azərbaycan hərəkatının xarakteri”, 1930, N42, səh. 11-13; 5) “Siyasətçi tarixçiyə qarşı”, 1931, N51, səh. 6-8.

  1. "Məhəmməd Əmin Rəsulzadənin mühacirət fəaliyyəti". www.anl.az. www.anl.az. İstifadə tarixi: 26 sentyabr 2018.
  2. 1 2 3 4 "Məhəmməd Əmin Rəsulzadənin Fransadakı fəaliyyəti". musavat.com. musavat.com. İstifadə tarixi: 26 sentyabr 2018.