Proqram təminatı piratçılığı

ABŞ-da patentlərin artımı

Proqram təminatı patenti — proqram təminatında olan riyazi və alqoritmik metodlara alınan patent; yaxud kompüterdə proqram təminatı vasitəsilə yerinə yetirilən hər hansı bir şeyə alınan patent. Proqramlar və verilənlər bazaları əsasən müəlliflik hüququ ilə qorunur. Bu, proqramın konkret reallaşmasına icazəsiz istifadədən hüquqi qorunma təminatı verir. Ölkələrin əksəriyyətində belə qorunma müddəti müəllifin ölüm günündən hesablanmaqla 70 ildir. Bəzi ölkələrdə proqram təminatını patent hüququ mexanizmlərinin köməyilə qorumağa icazə verilir. Başqa patentlər kimi, proqram təminatı patenti də daha qısa müddətə (adətən, təxminən 20 il) verilir, ancaq bu zaman verilmiş texnologiyanın reallaşmasının əsasında dayanan ideyaları qoruyur.

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 794 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]