Pskem çayı (özb. Piskom) — Özbəkistanın Daşkənd vilayəti ərazisindən axır.
Pskem çayı | |
---|---|
özb. Piskom | |
Ölkə | Özbəkistan |
Mənsəbi | Çirçik |
Uzunluğu | 70 km |
Hövzəsinin sahəsi | 2.540 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Çayın uzunluğu 70 km[1], hövzəsinin sahəsi 2540 km²[1] təşkil edir. Çay öz başlangıcını 1485 metr yüksəklikdən götürür. Boqistok qəsəbəsi yaxınlığında isə 870 metr yüksəkliyində Çarvak su anbarına tökülür.
Çay əsasən qar və buzlaq suları ilə qidalanır[1]
Pskemin mənbəyi Talas Alatausunun Qazaxıstan və Özbəkistan yüksəkliklərindən başlayır. Burada çayın Maydantal və Oyqainq çaylarının birləşməsindən əmələ gəlir.
Yuxarı axarlarda çay dərin və ensiz dərə ilə axır. Aşağı axarlarda isə yataq olduqca genişlənir. Sonradan çay Pskem vadisi ilə axır. Vadi Pskem silsiləsinin aşağısında yerləşir.
Pskem çayı Çarvak su anbarına tökülür. Çarvak su anbarının inşasına qədər Çatkal çayı ilə birlikdə Çirçik çayını əmələ gətirirdi.
Pskem çayının hər iki sahili bayunca sıx kolluqlara rast gəlinir. Hətta iri meyvə ağaclarından ərik, armud, alma, şaftalı və s. görmək olur. Üstəlik yunan qozu, çinar və qovaq ağacları bitir.
Vadi özünün zəgin faunası ilə seçilir: Hystricidae, dələ, tülkü, marmot, qaban və qonur ayı. Üstəlik vadidə bir çox quş növlərini göstərmək olur.
Pskem çayının vadisi əvvəllər adətən turist bumu yaşayır[2]. Əsasən suyalırında ekstrim idmanınl sevənlər cəmləşirdi. Hazırda bölgə bölgə sərhəd zonnasında yerləşdiyindən bura girmək üçün xüsusi icazə tələb olunur. Uzun zaman bölgəyə ataq basılmaması səbəbindən vadi özünün ilkinliyini və gözəlliyini qoruyub saxlamışdır. Pskemin qolları qısa olsa belə gursuludur. Üzərlərində çoxlu sayda şəlalə vardır.
Turistləri çayın vadisinə çəkən digər təbii gözəllik isə onun axarı boyunca ona tökülən Uruqaçsay, Badaksay, İxnaç[3] kimi çayların yataqlarında yerləşən dağ gölləridir. Spkemə tökülən Xaramzadesay çayının gözəliyi digərlərindən seçilir.
Çayın sahilləri boyunca Qarabulaq, Nanay, Boqistan kimi yaşayış məntəqələri vardır. Orta axarda ən iri yaşayış məntəqəsi Pskemdir. Qarabulaq tarixə həm də 1919-cu ildə antisovet quvvələri ilə Türkmənstan Muxtar Sovet Sosialist Respublikasının ordysu arasında baş vermiş döyüşlə qalmışdır.