Puşkaryov adası

Puşkaryov adasıŞərqi Sibir dənizində, Medvejı adaları qrupuna daxil olan ada. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir.

Puşkaryov adası
rus. Остров Пушкарёва
Ümumi məlumatlar
Hündür nöqtəsi 87 m
Əhalisi 0 nəfər (2011-ci il)
Yerləşməsi
70°54′28″ şm. e. 161°28′15″ ş. u.
Ölkələr
Arxipelaq
Akvatoriya
Puşkaryov adası xəritədə
Puşkaryov adası
Puşkaryov adası
Puşkaryov adası xəritədə
Puşkaryov adası
Puşkaryov adası

Ada materikdən 70 km şimal-şərqdə, Kolıma çayının mənsəbindən 150 km şimalda yerləşir. Medvejı adalarına daxil olan adalar arasında ən şimalda yerləşənidir. Krestovski adasından 27 km aralıda yerləşir. Leontev adasından Şimal boğazı ilə ayrılır.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Ölçülərinə görə dördüncüdür. 7,5 km uzunluğa, 2,7 km enə malikdir. Sahilləri sıldırımlıdır. Hətta hündürlük 17 metri keçir. Sahillərində çoxlu sayda buxtalar vardır. Şimalında hündürlük 87 metr, mərkəzdə 53 m, cənub-şərqdə isə 39 metr təşkil edir. Cənub zirvəsində Oqon Puşkaryova adlı mayak vardır. Məlumatlara görə adada yalnız sıçanlar yaşayır. Bununla belə materikdən bura digər canlılar gələ bilər.

Puşkaryov adası digər Medvejıy adaları kimi 1710-cu ildə Yakov Premyakov tərəfindən kəşf edilmişdir. Adaların xəritəyə salınması isə 1769-cu ildə geodeziya mütəxəsisləri İvan Leontev, Aleksey Puşkaryov və İvan Lısov tərəfindən həyata keçirilmişdir. Onlar adalara Nıjnekolıma qəsəbəsindən xizəklərdə itlərlə gəlmişlər. Adaların bir qismidə omların şərəfinə adlandırılmışdır.[1]

  1. Магидович В. И., Магидович И. П. Очерки по истории географических открытий. т. 3. М., 1984.