"Public Enemy" (qısa olaraq "PE"; ing. dilindən "Xalq düşməni") — Lonq Aylenddən olan ABŞ hip hop qrupu. Media tənqidləri, afroamerikalılar cəmiyyətinin problemlərinə aktiv maraq və mahnılarında siyasiləşdirilmiş mətnlər istifadə etmək ilə tanınır. Onlar ən çox, ilk dəfə Spayk Linin "Düzgün et!" (ing. Do the Right Thing) filmində səslənən "Fight the Power" adlı kompozisiyası ilə tanındılar.
Public Enemy | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub | |
Fəaliyyət illəri | 1987 — indiyədək |
Ölkə | ABŞ |
Şəhər | Nyu-York |
Dil | ingilis |
Leybl | |
Heyət |
Chuck D DJ Lord Хари Винн The S1W |
Keçmiş üzvlər |
Terminator X Professor Griff Flavor Flav Sister Souljah DJ Conni «Juice» Rosado |
Digər layihələr | |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Radikalizmi ilə seçilən It Takes a Nation of Millions to Hold Us Back adlı albomun çıxarılması ilə onlar hip hop mühitində avanqard proyekt kimi Run-D.M.C.-i ötdülər.[5] N.W.A-nın erotik eskapizmindən fərqli olaraq, "Public Enemy"nin mətnləri kəskin sosial mövzulara həsr edilmiş və dinləyiciləri aktiv həyat mövqeyi tutmağa təşviq etmişdir. Həm musiqi, həm də siyasi cəhətdən "Public Enemy" inqilabi idi.[5] 1990-cı illərdə aktivliyin kəskin azalmasına baxmayaraq, bir çox hip-hop bilicisi üçün "Public Enemy" rep qrupunun etalonu olaraq qalır.[5]