Punainen jättiläinen (azərb. Qırmızı nəhəng) – Finlandiya manqa və manhva nəşriyyatı. 2005-ci ilin aprelində CEO-su Antti Qronlund tərəfindən qurulmuşdur. Lakin 2009-cu ildə Tammi nəşriyyatı tərəfindən satın alınmışdır. Hazırda isə digər manqa nəşriyyatı olan Sangatsu Manga ilə birlikdə fəaliyyət göstərir.[1][2]
Punainen jättiläinen | |
---|---|
Ölkə | Finlandiya |
Yaranma tarixi | aprel 2005 |
Qurucu | Antti Qronlund |
Əsas insanlar | Antti Qronlund |
Nəşrlər | manqa və manhva |
Sayt | punainenjattilainen.fi |
Nəşriyyat özünün tipik böyük formatda olan nəşrləri ilə tanınır. Lakin "Azumanga Daioh" və "Yotsuba&!" kimi nəşrləri kiçik formatda buraxılmışdır.