Gunnm

Battle Angel Alita (azərb. Döyüş mələyi Alita‎) və ya Yaponiyada tanınan adı ilə Gunnm (銃夢, Ganmu?, azərb. Silah yuxusu‎)Yukito Kişiro tərəfindən 1990-cı ildə yaradılmış və Shueisha nəşriyyatının "Business Jump" jurnalında nəşr olunmuş manqa seriyası. Yaponiyada 9 cildi buraxılmışdır. İki cildi əsasında iki seriyalıq OVA adaptasiyası çəkilmiş və Şimali Amerikada ADV Films, AvstraliyaYeni Zelandiyada isə Manga Entertainment tərəfindən buraxılmışdır. Manga Entertainment animeni ingilis dilinə dublaj da etmişdir. "Alita: Döyüş mələyi" adlı ABŞ bədii film adaptasiyasının 21 dekabr 2018-ci ildə buraxılması planlaşdırılır.

Battle Angel Alita
Birinci cildin üzlüyü. Personaj: Alita.
銃夢
(Ganmu)
azərb. Döyüş mələyi Alita
Janr kiberpank, postapokaliptika, macəra
Manqa
ManqakaYukito Kişiro
NəşriyyatShueisha
Tərcüməçi nəşriyyat
Viz Media (keçmiş)
Kodansha USA (hazırkı)
JurnalBusiness Jump
Demoqrafiyaseynen
Nəşr tarixi15 dekabr 1990 – 1 aprel 1995
Cildlər9 (cild siyahısı)
Fəsil sayı53
OVA
Spin-off və sikvellər
Videooyun
Bədii film
  Anime və manqa portalı

Manqa seriyasında hadisələr postapokaliptik dünyada baş verir və kibernetika həkimi tərəfindən tullantıların arasında yaddaşı itmiş halda tapılan və təmir edilən Alita adlı kiborqdan bəhs edilir. Alita tezliklə fərqinə varır ki, hər şeyi unutsa da, Panzer Kunst adlı döyüş texnikasını unutmayıb. Bunun sayəsində Alita ovçu-döyüşçüyə çevrilir. Manqa seriyası Alitanın keçmişini kəşf etmə cəhdlərindən və bu yolda qarşılaşdığı personajlardan bəhs edir. Manqa üçün "Battle Angel Alita: Last Order""Battle Angel Alita: Mars Chronicle" adlı sikvellər də istehsal olunmuşdur.

Manqa seriyasının baş qəhrəmanı Alita (orijinal yapon versiyasında Qalli) adlı yaddaşını itirmiş kiborq qız haqqındadır. Daysuke İdo adlı kibertibb mütəxəssisi onun salamat qalmış başını yerli tullantıların içində tapır. İdo onu sağaldır, onun yaddaşını itirdiyini müəyyənləşdirir və ona bu yaxınlarda ölən pişiyinin adını olan Alita adını verir. Yenidən düzəldilən Alita Panzer Kunst adlı qədim döyüş texnikasından başqa heç nəyi xatırlamadığını kəşf edir. Alita bu döyüş texnikasından istifadə edərək əvvəlcə Xarabalıqdakı kiborq cinayətkarları ovlayan ovçu-döyüşçü olur, sonra zorakı idman növü olan motorbol oyunçusuna çevrilir. Döyüşlərin birində Alitanın yadına Marsla bağlı xatirələrini düşür. Alita daha sonra Tiferesə casus kimi xidmət verib cinayətkarları tutmaq üçün aşağıya göndərilir. Onlardan ən mühumi isə onunla müttəfiq olmazdan öncə onunla döyüşən çılğın alim Desti Novadır.

"Battle Angel Alita"-nın antiutopikfuturistik dünyası göy üzündə yerləşən Tiferes (orijinal yapon versiyasında Salim) adlı inkişaf etmiş şəhərdən və onun altında yerləşən, Tiferes tullantılarının boşaldıldığı Xarabalıq şəhərindən ibarətdir. Xarabalıqda yaşayanların Tiferesə getmək icazəsi yoxdur və həmişəlik olaraq Xarabalıqda yaşamağa məhkumdurlar. Çətin həyat tərzi sürən Xarabalıq sakinlərinin çoxu kibernetik modifikasiyalara malikdir.

Tiferes Xarabalıq və digər əraziləri idarə edir: cinayətkarları tutmaq üçün ovçu-döyüşçü tutur və əhalinin əyləncəsini təmin etmək üçün zorakı idman yarışları təşkil edir. Böyük borular Xarabalıq ilə Tiferesi əlaqələndirir. Şəhər təhlükəsizliyi təmin etmək üçün robotlardan istifa edir. Bəzən Tifereslilər (Desti Nova və Daysuke İdo kimi) də Xarabalığa sürgün olunurlar. Robot və sürgün olunanlarla yanaşı Tiferes və Xarabalıq arasında başqa kiçik əlaqələr də var.

Hadisələr keçmiş ABŞ ərasizində baş verir. VII cilddə nəşr olunmuş xəritəyə görə Xarabalıq/Tiferes Missuri ştatının Kanzas-Siti şəhərinin yaxınlığında yerləşir, Nekropol isə Kolorado Sprinqs şəhəridir. Radio KAOS Texas-ın Dallas şəhərindədir. Fiqurun sahil şəhəri isə Kaliforniyanın Alhambra şəhəridir. Desti Novanın Qranit mehmanxanası isə Şayenna dağ kompleksindədir.[1]

Orijinal manqada hadisələr XXVI əsrdə baş verir. "Battle Angel Alita: Last Order" manqasına görə başlanğıcı 1957-ci il olaraq göstərilən "Sputnik dövrü" (qısaca s.d.) adlı təqvimdən istifadə olunur. Orijinal manqada hadisələr s.d. 577-ci ildə (b.e. 2533-cü ildə) başlayır və s.d. 590-cı ildə (b.e. 2546-cı ildə) başa çatır. "Battle Angel Alita: Last Order" manqasında hadisələr s.d. 591-ci ildə (b.e. 2547-ci ildə) baş verir. "Battle Angel Alita: Mars Chronicle" manqasında isə hadisələr s.d. 370-ci ildə (b.e. 2336-cı ildə) başlayır və s.d. 594-cü ildə (b.e. 2550-ci ildə) bitir.

Manqanın Şimali Amerika versiyası ilə Yaponiya versiyası arasında bəzi fərqlər var. Baş personajın adı Qallidən Alitaya, şəhərin adı Salimdən Tiferesə (Tifaretin şərəfinə) dəyişdirilmişdir. Kişiro öz manqasında Salimin yuxarısında yerləşən məntəqəni Yeru adlandırsa da, Şimali Amerika versiyasında Keteres olmuşdur. Orijinal seriyadakı Bibliya mövzularını daha da genişləndirmək üçün Salimin baş kompüteri Melxisedek (Salim kralı) adlandırılmışdır.[2]

Manqa əvvəlcə Shueisha nəşriyyatının "Business Jump" jurnalında nəşr olunmuşdur. 1990-cı ildən 1995-ci ilə kimi 9 tankobon cildi şəklində buraxılmışdır. ABŞ-də Viz Media əvvəlcə hekayəni 25 səhifəlik komiks şəklində buraxmışdır, daha sonra cild şəklində nəşr etmişdir. Orijinal manqanın qalan hissəsi Kodansha USA-ya qədər Şimali Amerika regionu üçün lisenziyalaşdırılmamışdır.[3] Manqa müxtəlif ölkələrdə müxtəlif nəşriyyatlar tərəfindən buraxılmışdır: İspaniyada Planeta DeAgostini,[4] Braziliyada Editora JBC,[5] Fransa və Niderlandda Glenat,[6][7] Polşada JPF,[8] Almaniyada Carlsen,[9] Tayvanda Tong Li Publishing[10] və Argentinada Editorial Ivrea tərəfindən nəşr olunmuşdur.[11]

"Battle Angel Alita: Holy Night and Other Stories" (銃夢外伝, Ganmu Gaiden?) adlı başqa manqa 24 yanvar 1997-ci ildən 19 dekabr 2006-cı ilə kimi "Ultra" jurnalında yayımlanmışdır. 19 dekabr 2007-ci ildə tək cild şəklində buraxılmışdır. Dörd qısa hekayədən ibarətdir: "Müqəddəs gecə", "Supersonik barmaqlar", "Evə qayıdış" və "Barjack rapsodiyası". Manqa Kodansha USA tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmış və 9 oktyabr 2018-ci ildə buraxılması planlaşdırılır.[12]

"Gunnm: Complete Edition" adlı 6 cildlik xüsusi buraxılış Yaponiyada 23 dekabr 1998-ci ildə buraxılmışdır. B5 formatında buraxılmış buraxılış orijinal hekayəyə malik olsa da, "Battle Angel Alita: Last Order" hekayəsinin davamiyyəti üçün fərqli sonluqla başa çatır. Buraxılışa ilk eskizlər, zaman xətti və ilk 3 "Battle Angel Alita: Holy Night and Other Stories" hekayəsi daxildir.

4 aprel 1997-ci ildə JUMP j-BOOKS tərəfindən roman adaptasiyası buraxılmışdır.

border=none Əsas məqalə: Battle Angel (OVA)

1993-cü ildə iki seriyadan ibarət OVA adaptasiyası buraxılmışdır. Manqanın ilk 2 cildi əsasında çəkilmiş animedə hekayədə və personajlarda dəyişikliklər edilmişdir. Kişironun sözlərinə görə anime əvvəlcədən 2 seriya olaraq planlaşdırılmışdı. Kişiro manqa ilə məşğul olduğundan və anime haqqında ciddi olmadığından anime adaptasiyası ilə yaxından maraqlanmamışdır. Bu, "Battle Angel Alita"-nın indiyə qədərki yeganə anime adaptasiyasıdır və o vaxtdan yeni adaptasiyanın çəkilməsi üçün heç bir cəhd edilməmişdir.[13]

"Gunnm: Complete Edition" buraxılışının VI cildinə 3 dəqiqəlik 3D-CGI film daxil edilmişdir. Videoda motorbol oyunçusu olan Alita digər Üçüncü liqa oyunçuları ilə yarışır.

Rejissor Ceyms Kemeron "Battle Angel Alita" manqası əsasında film çəkmək hüquqlarına sahibdir.[14] Kemeron qeyd edir ki, bu manqanın böyük fanatıdır və "Avatar" kimi bu filmi də çəkmək üçün kompüter texnologiyasının inkişaf etməsini gözləyirdi.[15] Buna baxmayaraq o, Alita üzərində işləməzdən öncə Avatar sikvelləri üzərində işləyəcəyini bildirmişdi.[16]

Kemeronun prodüseri Con Landau film haqqında qeyd edir: "Bu mənim sevimli hekayələrimdəndir. Gənc qadının özünü kəşf etməsi üçün çıxdığı səyahət haqqında böyük hekayə. Film bu sualı verir: insan olmaq nə deməkdir? Ürəyin varsa, ruhun varsa yoxsa beynin varsa insansan? Bunu tamaşaçıların öhdəsinə buraxıram". Landau zarafatyana filmin "Alita: Döyüş mələyi" adlanmasının səbəbini Kemeronun "A" və ya "T" ilə başlayan film başlıqlarına üstünlük verməsi ilə əlaqələndirib.[16][17]

Kemeronun filmi manqanın ilk 4 cildini əhatə edir. O, filmə motorbol idman növünü də daxil edib.[18]

2015-ci ilin oktyabrında Robert Rodriges filmin rejissoru təyin olunmuşdur.[19] Kemeron və Landau isə prodüserlər olmuşdurlar. 2016-cı ilin mayında Roza Salazar Alita rolu üçün seçilmişdir.[20] Əvvəlcə filmin 20 iyul 2018-ci ildə buraxılması planlaşdırılırdı.[21] 8 dekabr 2017-ci ildə ilk treyler buraxılmışdır. 2018-ci ilin fevralında filmin 21 dekabr 2018-ci ilə ertələndiyi açıqlanmışdır.[22]

border=none Əsas məqalə: Gunnm: Martian Memory

"Gunnm: Martian Memory" 1998-ci ildə Banpresto tərəfindən PlayStation üçün buraxılmış RPG oyunudur. Oyun manqanın adaptasiyasıdır, Alitanın Daysuke İdo tərəfindən Xarabalıqda tapılmasından bəhs edilir. Videooyunda Kişironun 1995-ci ildə orijinal manqaya tətbiq etmək istədiyi, amma edə bilmədiyi elementlər də yer almışdır (Alitanın açıq kosmosa getməsi kimi). O daha sonra hekayəni genişləndirərək "Battle Angel Alita: Last Order" manqası üçün bazis yaratmışdır.[23]

Əlaqəli işlər

[redaktə | mənbəni redaktə et]
  1. "The KUDOS! List – Culture References Within Battle Angel Alita". Nick15.com. 2018-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-20.
  2. Genesis 14:18; Melchizedek was renamed "David" in the first North American release of Battle Angel Alita. Subsequent releases retain the original name.
  3. "Kodansha Comics to Publish Battle Angel Alita, Full-Color Attack on Titan: No Regrets Manga". Anime News Network. April 21, 2017. January 28, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2018.
  4. "Gunnm (Alita, ángel de combate)" (Spanish). Planeta DeAgostini. 1 October 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2011.
  5. "Battle Angel Alita" (Portuguese). JB Communication do Brasil. 26 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2011.
  6. "Gunnm #01" (French). Groupe Glénat. 10 September 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 August 2011.
  7. "Battle Angel Alita" (Dutch). Groupe Glénat. 14 August 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 August 2011.
  8. Abigail. "Battle Angel Alita". Tanuki.pl (Polish). Małgorzata Kaczarowska. 496. 29 September 2006. 14 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2011.
  9. "Battle Angel Alita" (German). CARLSEN Verlag. 27 September 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 August 2011.
  10. "銃夢" (Chinese). Tong Li Publishing. 19 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2011.
  11. "Battle Angel Alita" (Spanish). Ivreality. 18 April 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 August 2017.
  12. "Battle Angel Alita: Holy Night and Other Stories". Penguin Random House. June 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: Jun 23, 2018.
  13. "MNS Exclusive Interview: Battle Angel (GUNNM) Creator Yukito Kishiro". Anime News Service. 17 November 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-14.
  14. Lindsay Robertson. "James Cameron Planning 'Avatar' Trilogy". Yahoo!. 2010-01-18 tarixində orijinalından arxivləşdirilib.
  15. Marshall, Rick. "'Avatar' Director Offers Update on Battle Angel Alita Adaptation". MTV. 2009-12-14. 2013-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-12.
  16. 1 2 "Alita: Battle Angel after Avatar 2". ICv2. 2010-02-19. 2011-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-20.
  17. "Cameron Reveals More On Avatar 4 - Movie News - Empire". empireonline.com. 25 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 April 2015.
  18. "BATTLE ANGEL Update from James Cameron". Collider.com. 2013-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-31.
  19. Kroll, Justin. "James Cameron Producing 'Alite: Battle Angel' with Robert Rodriguez Directing". Variety. October 14, 2015. July 2, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 12, 2018.
  20. Foutch, Haleigh. "Exclusive: Rosa Salazar to Lead 'Battle Angel Alita'". Collider. May 26, 2016. May 28, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 12, 2018.
  21. Chitwood, Adam. "Fox Dates 'Alita: Battle Angel'; Shifts 'The Predator' and Two Marvel Movies". Collider. May 28, 2016. May 29, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 3, 2016.
  22. "Fox pushes back The Predator & Alita: Battle Angel release dates" (ingilis). 2021-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-13.
  23. ""GUNNM Last Order" notice by Yukito Kishiro". Jajatom.moo.jp (English version of Yukito Kishiro's official website). 2003-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-08-15.
  24. "木城ゆきと『銃夢』サーガ最終章となる『銃夢火星戦記』、本日発売のイブニング22号より巻頭カラーで開幕! さらに14年ぶりとなる新作読み切りも掲載!". evening.moae.jp (Japanese). October 28, 2014. April 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 12, 2015.
  • (ed.) Alan Cholodenko, The Illusion of Life II: More Essays on Animation, Sydney: Power Publications, 2007. ISBN 978-0909952341

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]