Pyer Karden

Pyer Karden (2 iyul 1922[1][2][…]29 dekabr 2020[3][4][…], Nöyi-sür-Sen[5]) — fransız modelyer.

Pyer Karden
fr. Pierre Cardin
Doğum tarixi 2 iyul 1922(1922-07-02)[1][2][…]
Vəfat tarixi 29 dekabr 2020(2020-12-29)[3][4][…] (98 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti dəb dizayneri, iş adamı
Fəaliyyət illəri 1936–2020
Üzvlüyü
İmza
pierrecardin.com/en/
pierrecardin.com/fr/home/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pyer Karden 1922-ci ildə Venesiya yaxınlığındakı şəhərcikdə anadan olub. O, Fransada böyüyüb və ilk təhsilini də burda alıb. Çoxuşaqlı, eyni zamanda, orta imkanlı ailədən olmuşdur. Atası şərabçı olduğundan Pyer də bu sənəti davam etdirməli idi, lakin o, ürəyincə olmayan peşənin dalınca getmədi. 14 yaşında dərzi yanında köməkçilik etməyə başladı. 1945-ci ildə gənc Pyer, Parisdə modelyer kimi fəaliyyətə başladı. 1946-cı ildə Kristian Diordan dəvət alır. Bir müddət sonra – 1950-ci ildə şəxsi moda evini, ardınca – 1954-cü ildə "Yeva", 1957-ci ildə isə "Adam" mağazalarını açır. Çox keçmir, Pyer Karden moda sindikatının üzvü olur və 120 modeldən ibarət tam kolleksiyasını təqdim edir. Keyfiyyət, zəriflik və orijinallıq onu fərqləndirən əlamətlər idi. 60 ildən artıqdır ki, modelyer dəb aləmində öz üslubunu diktə edir. Bu müddət ərzində Pyer stilist, dizayner və dərzilərin çalışdığı böyük bir imperiya yaradıb. Firma hər il 20 min modeldə paltar, ayaqqabı və aksessuarlarını alıcılarına təqdim edir. Dünyada "Pierre Cardin" markalı məhsulların istehsalında 200 minə qədər insan çalışır. Hazırda firmanın illik gəliri təxminən, 12 mlrd. dollar təşkil edir. Bundan əlavə, Pyerin təsisçisi və rəhbəri olduğu teatr kollektivi də fəaliyyət göstərir.

"Time" jurnalı Pyeri, adını demək olar ki, hər şeyin üstünə yazmağı bacaran "hiyləgər fanatik" adlandırırdı. Çünki, o, özünün "Pierre Cardin" brendini müvəffəqiyyətlə satmağı bacarırdı. Pyer Karden 1985-ci ildə Fransanın İncəsənət Akademiyasına üzv seçilir və həmkarlarının dili ilə desək, "ölməz" qalır. O, beynəlxalq və Fransa səviyyəsində 24 nüfuzlu mükafatın sahibidir. 1988-ci ildə İtaliyanın "Xidmətə görə" ordeni və Vatikanın yüksək mükafatı "Müqəddəs xəzinə" ilə təltif olunub. 1991-ci ildə fəaliyyətinin 40 illiyi ilə əlaqədar Moskvada "Qızıl Meydan"da 200 minlik tamaşaçı qarşısında Pyer Kardenin 50 modelinin möhtəşəm təqdimatı keçirilir. Modelyerin etirafına görə, bu, onun həyatında ən həyəcanlı və əlamətdar hadisə oldu. 2008-ci ilin əvvəlində Parisin moda muzeyi "Galliera"da Pyer Kardenin 60 illik çalışmasının nəticəsi olan 10 min məmulatdan ibarət sərgi keçirilib. O, heç vaxt satışa can atmayıb. 3500 kv.metrlik şəxsi muzeyindəki paltar kolleksiyaları və mebellər buna sübutdur.

Onun modellərində əsas yeri parça tutur. İpəyə olan meylinə görə tənqidçilər Pyeri "ipək baronu" adlandırırlar. Məhəbbət də modelyerin həyatından yan keçməyib.

Pyer Karden 29 dekabr 2020-ci ildə Fransada vəfat edib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]