Pyer Omidyar

Pyer Omidyar (fars. پیر مراد امیدیار‎; 21 iyun 1967, Paris) — Dünyanın ən nəhəng onlayn mağazası olan "eBay"ın yaradıcısı

Pyer Omidyar
ing. Pierre Omidyar
Doğum tarixi 21 iyun 1967(1967-06-21) (57 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti xeyriyyəçi, sahibkar, iqtisadçı, proqramçı, informatik, menecer
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İran əsilli Pyer Omidyar 21 iyun 1967-ci ildə Parisdə həkim ailəsində dünyaya göz açıb. Onun atası Con Hopkins Universiteti yanında tibb mərkəzində çalışmağa başlayanda ailəsini də ABŞ-nin Merilend ştatına aparır.

Pyer məktəb partasından kompüter texnologiyaları ilə maraqlanır. Lap başdan praktik hədəflərdə onu tətbiq etməyə çalışır: onun ilk proqramı məktəb kitabxanasının kitablarının kataloqu idi. Pyer 1988-ci ildə Tafts Universitetinin informatika fakültəsini bitirərək "Apple" korporasiyasının bölmələrindən birində işləyir. O, burada "Macintosh" üçün proqram məhsulları hazırlamaqla məşğul olur. Artıq o zaman Pyer Omidyar internet üzərindən ticarətin inkişafı ideyası haqqında düşünür və onu reallaşdırmaq yollarını axtarırdı.

Pyer 1991-ci ildə üç dostu ilə birlikdə "Ink Development Corp" şirkətinin əsasını qoydu. Həmin şirkət sonra eShop Inc. adlandırılıb. O, şirkətdə proqram təminatı üzrə mühəndis vəzifəsini tuturdu. İnternet vasitəsilə satış korporasiyanın əsas fəaliyyət istiqaməti idi. Üç il sonra Omidyar "General Magic" mobil kommunikasiyalar şirkətinə xidmətlərin inkişafı üzrə mühəndis vəzifəsinə keçir. 1996-cı ildə "Microsoft eShop Inc" şirkətini alır, amma Omidyar bütün bu vaxt ərzində internet şəbəkədə hərracın yaradılması ideyasının texniki təcəssümü üzərində işi tərk etmir. Belə ki, insanlar bir-birinə maraqlandıqları predmetləri birbaşa sata bilərdilər.

Pyer Omidyar 1995-ci ilin sentyabrında San-Xosedə (Kaliforniya) öz şəxsi saytında internet-hərrac səhifəsini açır və müvafiq olaraq onu "AuctionWeb" adlandırır. Məhz bu günü – 4 sentyabr 1995-ci il tarixini dünyada tanınmış auksionun yaranması günü hesab etmək olar.

1996-cı ilin martında Omidyar öz dostu Skollanı işi genişləndirmək üçün ona qoşulmağa inandırır. Onlar evdə işləməyə davam edirdilər. Həmin ilin yayında Skollun dostu onlar üçün ofis tapır, indiyə qədər də orada işləyirlər.

Əvvəlcə hərrac tamamilə pulsuz idi və şəbəkə istifadəçiləri arasında çox məşhur oldu. İlin sonuna yaxın gün ərzində minlərlə saziş bağlandı. Ancaq artıq 1996-cı ilin fevralında internet-provayder Omidyarı xəbərdar etdi ki, onun saytı həddən artıq çox trafik tələb edir. Onda Omidyar müştərilərdən kiçik ödəmə götürməyə başladı, ilk vaxtlarda bu etirazları doğurdu və müştərilərin sayı azaldı.

Omidyar 1997-ci ildə saytı "Echo Bay Technology Group" adlandırmağa qərar verdi. Buna səbəb onun "Echo Bay Technology Group" konsaltinq firması ilə resursun əlaqəli olmasını istəməsi oldu. Sonra məlum oldu ki, "Echo Bay Mines" korporasiyası "EchoBay.com" domeninə sahibdir. Buna görə də domen adı bu gün bizə məlum olan "eBay.com" kimi qeydiyyata alındı.

Yarandığı ilk dövrlərdən hərrac sürətlə adi "bazardan" istifadəçi hüquqi şəxslərlə yanaşı, fiziki şəxslər olan ciddi "B2C" portala çevrildi. Komissiya haqqının olmaması portalın əsas onun üstünlüyü idi. Başqa hərraclar bu zaman təxminən 30% saziş dəyərindən götürürdü.

1997-ci ildə Omidyar aktiv reklam kampaniyasına başladı. Artıq ilin ortasında gündə təxminən 800000 ticari əməliyyat aparılırdı. İstifadəçilərin sayı bir milyonu keçdi. 1997-ci ilin sonuna Pyer şirkətin kapitalında 3 milyard dollar təşkil edirdi. O, şirkətin İdarə Heyətinin sədri vəzifəsini tuturdu. Bundan başqa, o maliyyə direktoru, icraçı direktor və prezident idi, amma bu postları tədricən tərk edirdi.

Omidyar "eBay" üçün şəffaflıq və düzgünlük kimi əsas prinsipləri müəyyənləşdirdi. Şirkət indiyə kimi bu prinsiplərə sadiq qalıb.

Pyer Omidyar hərracının iş prinsiplərini müəyyən edən baza dəyərlərini qurdu:

  • "Əsasən bütün insanlar tərbiyəlidir".
  • "Hər kəs öz töhfəsini verə bilər".
  • "Açıq ünsiyyətdə insanlar özlərinin ən yaxşı keyfiyyətlərini göstərirlər".

Sürətli inkişafa baxmayaraq şirkətin çətin anları da olmamış deyil. Məsələn, 1999-cu ildə xidmətin işində bir neçə dəfə uzunmüddətli fasilələr müşahidə olunub, onlardan biri, demək olar ki, 22 saat olub. Müştərilərin etibarını qaytarmaq üçün Omidyar hərracın həmin bölməsinin əsas iştirakçılarından telefon vasitəsilə üzr istəməyə göstəriş verib, nəticədə təxminən 10 min zəng edilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]