Qraf Pyotr İvanoviç Panin (rus. Пётр Ива́нович Па́нин; 1721[1][2][…], Vyazovna[d], Kaluqa vilayəti[d] – 15 (26) aprel 1789, Moskva) — Rusiya hərbi xadimi, baş general və senator. O, Paninlər ailəsindən idi və Nikita Paninin qardaşı olmuşdur. O, Yeddiillik müharibədə şöhrətə bürünmüş, Osmanlıya qarşı müharibədə isə Benderi qalasını ələ keçirmişdir. Panin sonra Puqaçov üsyanının yatırılmasına və Yemelyan Puqaçovun özünün tutulmasına əmr vermişdir.
Pyotr Panin | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1721[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 15 (26) aprel 1789 |
Vəfat yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Rütbəsi | general-mayor, general[3] |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Hərbi xidmətə 1736-cı ildə Can Mühafizəsi İzmailovski alayında əsgər kimi başlamış, elə həmin il zabit rütbəsi almış və Krım tatarlarına qarşı fəaliyyət göstərən orduya göndərilmişdir. Onunla birlikdə Perekop və Bağçasarayın tutulmasında iştirak etmiş, sonra isveçlilərə qarşı yürüş edən feldmarşal Lassinin komandanlığı altında xidmət etmişdir. O, Yeddiillik müharibənin əvvəlində artıq general-mayor idi.
O, xüsusilə Qros-Yaqersdorf və Zorndorf döyüşlərində fərqlənirdi. O, 29 avqust 1757-ci ildə "Müqəddəs Aleksandr Nevski" ordeni ilə təltif edilmişdir. 1759-cu ildə Kunersdorfdakı qələbənin əsas səbəbkarı idi və buna görə ona general-leytenant rütbəsi verilmişdir.