Pyrus bibas

Yapon eriobotriyası (lat. Eriobotrya japonica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin eriobotriya cinsinə aid bitki növü.

Yapon eriobotriyası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bu ekzotik ağacın bir neçə adı var. Azərbaycan dilində ən geniş yayılmış adı "yapon əzgili"dir. Həmçinin, "Malta əriyi" və "yeni dünya meyvəsi" də adlandırılır.

Hesab edilir ki, bu meyvənin ana vətəni Çin və Şimali Hindistandır. Amma Yaponiyada yetişdirilib. Daha sonra isə Aralıq dənizi ölkələri başda olmaqla Avropaya yayılıb. Əsasən şəhər parklarında və küçələrdə dekorativ bitki kimi əkilib-becərilir. Bitkinin şəhərlərdə çoxalmasının əsas səbəblərindən biri odur ki, o ətrafı çox zibilləmir. Belə ki, onun yarpaqları adətən isti aylarda saralıb yerə tökülür və yarpaqları iri olduğundan onu yerdən yığışdırmaq da çox asandır.

Ağac toxumları ilə, mədəni sortları isə calaq etməklə artırılır. Bu ağacın əsas xüsusiyyətlərindən biri onun həmişəyaşıl olmasıdır. Qışda yarpaqlarını tökmür. Ortalama boyları 10 metrə qədər uzana bilir. Dekorativ baxımdan da çox gözəl bir görünüşü var. Xüsusən şitillə əkilənləri çox şaxtalı havaya qarşı dözümsüzdür. Amma toxumdan artan və hasara alınanları sərt qışa dözə bilir.

Onun meyvəsi yeməlidir və çox dadlıdır. Meyvələri şirəli, turşa-şirin, açıq narıncı və ya sarı rəngdə, diametri 3 sm-ə qədər, bəzi mədəni sortlarda meyvəsinin ölçüsü 10 sm-dir. Meyvəsi ilk qoparılan zaman fərqli bir dada malik olur. Bir az keçdikdən sonra yumuşalır və ləzzətli olur. Meyvəsindən müxtəlif cür də istifadə oluna bilər. Hətta qan təzyiqinin aşağı salınmasında da ondan istifadə edilir. Meyvəsindən kompot, mürəbbə, marmelad, pastila, povidlo hazırlanır. Meyvəsinin tərkibi karotin və C vitamini zəngindir, eləcə də minerallardan dəmir, fosfor, kalsium və s mövcuddur. Susuzluğu azaldır, qan dövranını nizamlayır, ishalı kəsir, qaraciyərin funksiyasını normallaşdırır və mədə iltihabını aradan götürür. Antioksidant təsiri ilə toksiki maddələrin uzaqlaşmasına şərait yaradır. Meyvəsinin sərinləşdirici effekti və dadı nə qədər gözəl olmasıyla yanaşı dəri xərçənginin qarşısının alınması istiqamətində də tədqiqatlar aparılır. Hamiləlik dövründə mütləq yeyilməsi lazım olan meyvədir. Çünki düşüklərin qarşısını alır və minerallarla zəngindir. Yanaşı olaraq bel ağrılarını azaldır. Artıq mayeni qovur və arıqlamaq istəyənlər üçün əlverişlidir.

Bu ağacın bitkisinin tumu da, yarpağı da, çayı da faydalıdır. Meyvəsinin daxilində bir neçə iri toxumları — tumları var. Tumları ilk baxışda daha çox şabalıda bənzəyirlər. Tumundan qəhvə əvəzediciləri də hazırlanır.

Həmçinin tumu sidikqovucu xüsusiyyətə malikdir, yarpaqları isə dəmlənib içildikdə qandakı şəkərin miqdarını aşağı salır. Bunun üçün ağacın yarpağından 20 qram götürərək onu 0,5 litr suda 20 dəqiqə dəmləyib gündə 2 dəfə bal əlavə edilərək qəbul etmək tövsiyə olunur. Müalicəvi xassələri dəqiqləşdirilməlidir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Mespilus japonica Thunb.
  • Mespilus pomifera Roxb. ex W.Hunter
  • Photinia japonica (Thunb.) Hemsl.
  • Rhaphiolepis loquata B.B.Liu & J.Wen

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Crataegus bibas Lour.
  • Eriobotrya japonica f. variegata R.H.Pearson
  • Pyrus bibas (Lour.) M.F.Fay & Christenh.
  • Rhaphiolepis bibas (Lour.) Galasso & Banfi