Qüstav Emil Buassonad de Fontarabi (fr. Gustave Émile Boissonade de Fontarabie; 7 iyun 1825[1], Vensen – 27 iyun 1910, Antib) – Fransa hüquqşünası. O, Meyci hökumətinin xarici məsləhətçilərindən biri olmuş, Yaponiyanın mülki məcəlləsinin hazırlanmasında iştirak etmişdir.[2]
Qüstav Buassonad | |
---|---|
fr. Gustave Émile Boissonade | |
Doğum tarixi | 7 iyun 1825[1] |
Doğum yeri | |
Vəfat tarixi | 27 iyun 1910 (85 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Qüstav Buassonad 1825-ci ildə Fransada doğulmuşdur.[2] Paris Universitetində hüquq üzrə təhsil almış və doktorat dərəcəsi ilə məzun olmuşdur.[2] Daha sonra Qrenobl Universitetində dərs deməyə başlamışdır.[2] 1873-cü ildə Ədalət Nazirliyinin dəvəti ilə Yaponiyaya gəlmiş və 1895-ci ilə qədər Yaponiya hökuməti üçün işləmişdir.[2]
Buassonad Yaponiyada Xarici İşlər Nazirliyinin, Qenroin təşkilatının və İmperial Hakimiyyət Bürosunun məsləhətçisi kimi xidmət göstərmişdir.[2] Ədalət Nazirliyinin Hüquq Məktəbinin təlimçisi kimi bir çox hüquqşünas yetişdirmişdir.[2] O, Yaponiyanın cinayət məcəlləsinin və mülki məcəlləsinin tərtib olunmasında iştirak etmişdir.[2]
Buassonad Yaponiyada cinayət işi üzrə çarpaz sorğulama zamanı işgəncə metodunun ləğv olunması üçün petisiya ünvanlamış və uğurlu olmuşdur.[2] Yaponiya hökuməti 1874-cü ildəki Tayvan ekspedisiyası zamanı onun beynəlxalq hüquq biliklərindən istifadə etmişdir.[2] Buassonad Qeyri-bərabər müqavilələrin təftiş olunmasına qarşı çıxmış, Yaponiyanın xarici əlaqələrinə böyük təsir göstərmişdir.[2]
Buassonad 1895-ci ildə Yaponiya hökuməti tərəfindən "Müqəddəs xəzinə" ordeni ilə təltif olunmuşdur.[2] O, bu ordenin I dərəcəsi ilə təltif olunmuş ilk əcnəbi şəxs olmuşdur.[2]