Qılman Balaməmməd oğlu Salahov (16 mart 1906, Balaxanı, Bakı qəzası – 1974, Bakı) — azərbaycanlı kamançaçalan, bəstəkar, dirijor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcılarından və ilk rəhbərlərindən biri.
Qılman Salahov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Balaxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Kamançaçalan, bəstəkar, dirijor |
Fəaliyyət illəri | 1939–1974 |
Janr | Azərbaycan xalq musiqisi |
Musiqi aləti | Kamança |
Mükafatları |
|
Qılman Salahov 16 mart 1906-ci ildə anadan olmuşdur. O, 1922–1926-cı illərdə Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Dövlət Türk Musiqi Məktəbində, daha sonra isə musiqi texnikumunda kamança sinfində oxumuşdur.[1] Üzəyir Hacıbəyovun təşkilatçılarından olduğu və 1939-cu ildə Moskvada keçirilən xalq çalğı alətləri ifaçılarının I Ümumittifaq müsabiqəsinin laureatıdır. 1931-ci ildən Üzəyir bəy Hacıbəyovun dəvəti ilə xalq çalğı alətləri orkestrində fəaliyyət göstərmiş, 1938–1964-cü illərdə illərdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının mahnı və rəqs ansamblının bədii rəhbəri olmuşdur. Ansambl üçün bir sıra mahnılar və rəqslər hazırlamışdır. Bunlar arasında "Nəlbəki" və "Naz eləmə" rəqsləri var. Qılman Salahov 1974-cü ildə vəfat etmişdir.[2].