Qırğızıstan–Malayziya münasibətləri — Qırğızıstan və Malayziya arasında ikitərəfli beynəlxalq diplomatik, hərbi, ticari, mədəni və tarixi və həqiqi münasibətlər. Qırğızıstanın Kuala-Lumpurda bir səfirliyi vardır[1]. Malayziyanın Daşkənddəki səfirliyi həm də Qırğızıstanda akkreditə olunmuşdur[2]. Ölkələr Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya poçt ittifaqı, BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu, Qaçqınlar üzrə Ali Komissarlıq və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Hər iki ölkə beynəlxalq təşkilatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir.
Qırğızıstan–Malayziya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
İki ölkə arasında diplomatik münasibətlər 2 aprel 1992-ci ildə diplomatik əlaqələrin qurulmasına dair sənədə uyğun olaraq qurulur[3]. Kuala-Lumpurdakı Qırğızıstan səfirliyi 1997-ci ildə açılmışdır[4]. 1995-ci ildə Qırğızıstan prezidenti Əsgər Akayev ilk rəsmi səfərini Malayziyaya edir. Sonra 1996-cı ildə Malayziyanın Baş naziri Mahathir Məhəmməd Qırğızıstana rəsmi səfərə gəlir. O vaxtdan bəri ikitərəfli əlaqələr ticarət, iqtisadi, investisiya, mədəni, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə xeyli yaxşılaşır.
Bəzi qırğızlar da Malayziyada əsasən iş və ya təhsil üçün yaşayırlar. Bu da qırğızlar və malayziyalılar arasında qarışıq nikahlara səbəb olur[5].
Hazırda Qırğızıstan Malayziya ilə iqtisadi əlaqələri gücləndirməyə çalışır[6]. 2013-cü ildə Malayziyanın keçmiş Baş Naziri Nəcib Tun Əbdürrazaq ilə görüşündə Qırğızıstan Malayziya investisiyalarını ölkəyə cəlb etmək niyyətində olduğunu bildirir. İki ölkə arasındakı ikitərəfli ticarət, Bişkek və Kuala-Lumpur arasında birbaşa hava əlaqəsinin olmaması səbəbindən 3 milyon ABŞ dolları civarında kiçik olaraq qalır[7]. Üstəlik ölkələr arasındakı məsafənin uzaqlığı, üstəlik Qırğızıstanın dənizlərə bir-başa çıxışının olmaması bu inkişafa maneə olur. Lakin bir çox Malayziya şirkəti bu ölkədə investisiya imkanları axtarmağa başlamışdır.