Qırmızı körpü (sərhəd)

Qırmızı Körpü və ya Sınıq körpü, (gürc. წითელი ხიდი, Tsiteli Khidi) — Qazax rayonunda Gürcüstan ilə sərhədə olan və Ehram çayı üzərindən keçən körpü. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Xüsusi ad tikintidə istifadə olunmuş qırmızı daş üçün verilib.[1] "Sınıq körpü" adı isə çay axınının 95 m aşağıda daha qədim körpünün xarabalarından gəlir.[2]

Sınıq körpü
წითელი ხიდი
Xəritə
41°19′45″ şm. e. 45°04′23″ ş. u.
Ölkə  Azərbaycan
 Gürcüstan
Şəhər Qazax
Yerləşir Azərbaycan-Gürcüstan sərhəddi
Tikilmə tarixi XII əsr
Uzunluğu
  • 175 m
Vəziyyəti fəaliyyət göstərmir
İstinad nöm.7
Kateqoriyakörpü
ƏhəmiyyətiDünya əhəmiyyətli
Sınıq körpü (Azərbaycan)
Sınıq körpü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qırmızı körpü XII əsr Azərbaycan memarları tərəfindən salınmışdır.[3] Körpün uzunluğu 175 m və 4 aşırımlarda ibarətdir: 26,1 — 8,0 — 16,1 — 8,2. Tağtavanlar 22x22x4 sm kərpiçlərdən yığılıb. İşlək yolun eni 4,3 m, çıxışlarda isə 12,4 m.

Arran ərazisində ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpü Qırmızı körpüdür. Əski karvan yolunda Xramçayın üstündən atılmış bu möhtəşəm abidə el arasında "Sınıq körpü" adıyla da tanınmış və XII yüzilin abidəsi kimi geniş tədqiq edilmişdir.

Sahil bölümlərinin içərisində iri karvansaraların olması körpünün karvan marşrutunda böyük əhəmiyyət daşıdığını və onun həm də öz ətrafında mühüm ticarət qovşaqlarından birini təşkil etdiyini göstərir. Ümumiyyətlə körpü – karvansara birliyi Azərbaycan və qonşu İslam ölkələrinin uğurlu tikinti gələnəklərindən biri olmuşdur. Bütün göstəricilərinə – məkan quruluşu, tikinti texnikası, bədii memarlıq üslubu və s. görə Qırmızı körpü Azərbaycan memarlığının ən qiymətli abidələrindəndir.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Qırmızı körpü uzun olsa da (uzunluğu 175 m-ə yaxın) cəmi dörd aşırımlıdır (aşırımların ölçüsü ardıcıl olaraq 8,2 m; 16,1 m; 8 m; 26,1 m) Belə aşırım azlığının bir səbəbi körpünün sahil bölümlərinin içərisində geniş yerləşgələrin (sol sahildə 166 kv. m. sağ saildə 116 kv. m.) qurulması, o biri səbəbi isə tağ aşırımlarından ikisinin xeyli böyüklüyüdür. Ikinci səbəb görünür, çay yatağının geoloji quruluşu ilə bağlıdır. Belə ki, Azərbaycanın körpütikmə təcrübəsində aşırımların dayağı üçün bir qayda olaraq çay yatağında olan möhkəm qayalıqlar özül kimi seçilirdi.[4]

Qırmızı körpünün böyük aşırımı (26,1 m) Azərbaycan inşaat texnikası içərisində ən iri tağ aşırımlarından biridir.[5] Bu da Qazaxdakı bu tarixi memarlıq abidəsini nadir mühəndis qurğuları sırasına salmağa imkan vermişdir. Başdan-başa bişmiş kərpiclə üzənmiş və buna görə də "Qırmızı körpü" adlandırılan abidə, iri və saya biçimlərlə işlənmişdir. Qazax körpüsü şəhər memarlığına xas incə üslubu olan Gəncə körpülərindən miqyas iriliyi və tutum monumentallığı ilə seçilir.

Qırmızı körpünün yüksək mühəndis həlli özünü sivri tağbənd aşırımlarının bişmiş kərpicdən tağparasız qurulmasında, içərisində üç uzununa dəhlizlər sisteminin hesabına onun tağlarüstü kütləsinin yüngülləşdirilməsində, bütövlükdə su səthi üzərində hörgü işlərinin texniki baxımdan çox səmərəli təşkilində və s. göstərir. Sahildə körpünün eno 12, 4 m olduğu halda, keçid hissəsində 4,3 m-dir.

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

2008-ci ildə birinci gürcü-azəri birgə "Qırmızı Körpü" şerlər məcmuəsi çıxıb. O, "Şüar" Azərbaycan Mədəniyyət Xadimləri İttifaqı tərəfindən planlaşdırılan "Ədəbiyyat Körpüləri" seriyasına daxildir.[6]

  1. Чудеса Азербайджана Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine, Красный мост
  2. К.М. Мамед-Заде, Строительное Искусство Азерабайджана (С древнейших времен до XIX века), стр. 47, изд. "ЕЛМ", Баку 1983
  3. C. Qurbanov, H. İsgəndər, "Körpü sənət abidəsi", Nurlan nəş., Bakı, 2006
  4. C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 178
  5. C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 177
  6. "Красный мост" Arxivləşdirilib 2011-01-31 at the Wayback Machine из серии "Литературные мосты", М.НОВА, 19 мая 2008