Qırmızıqarın kərtənkələ

Qırmızıqarın kərtənkələ (lat. Darevskia parvula) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü.

Qırmızıqarın kərtənkələ
Elmi təsnifat
Beynəlxalq elmi adı

Kiçik heyvan olub, uzunluğu 60 mm təşkil edir.[mənbə göstərin] Quyruğu isə iki dəfə uzundur. Boğaz nahiyəsində 22–35 pulcuq vardır. Bədəninin mərkəzi hissəsində 50–69 pulcuq olur. Rəngi müxtəlif olur. Bədəninin orta hissəsi işıqlı-yaşıl, zeytuni-yaşıl və ya çirkin-yaşıl olur. Dişilər işiqlı-qəhvəyi, qəhvəyi-boz və ya zeytuni-boz rəngdə olurlar. Qarın nahiyəsi qəhvəyi-qırmızı rəngdə olur.[mənbə göstərin]

Növ Acarıstan, Gürcüstanın qərbi, Qara dəniz sahillərindən Borjomi dərəsinə qədər olan ərazilərə qədər yayılmışdır. Türkiyənin şimal-şərq sərhədləri boyunca rast gəlinir. Hazırda areal kiçilmişdir. Meşə zonasının önündə, qayalıqlarda yayılır. 1600–1700 hündürlüklərdə rast gəlinir. 1 km maşrut üzrə 25–35 baş kərtənkələyə rast gəlinir.[mənbə göstərin]

Həşaratlar, molyusklar, torpaq qurdları ilə qidalanır. İnunun ortalarından iyulun ortalarına qədər 2–4 yumurta (6 х 12 mm) oyur. İnkubasiya 50–55 gün davam edir. Balalar sentyabrda yumurtadan çıxır və quyruqsuz olub, uzunluğu 21–23 mm təşkil edir.[mənbə göstərin]

İki yarımnövə bölünür. Gürcüstana yayılmış yarımnövü: Lacerta parvula adjarica (Darevsky et Eiselt, 1980).[mənbə göstərin]

  1. The Reptile Database (ing.). / P. Uetz 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]