Qırtlaq musiqisi

Üçüncü (O3) və beşinci (O5) imaların səs axıcılığının qrafiki. F - baza tezliyi.

Qırtlaq musiqisi – qırtlaqdakı qeyri-adi səs tembri ilə oxuma texnikası, Sibirin, Monqolustanın, Tibetintürk xalqlarının ənənəvi musiqisinə xasdır. Adətən qırtlaq musiqi əsas tondan (alçaq tezlikli vızıltı) və təbii səs ardıcıllığının (adətən 4 -13 imadan istifadə olunur) tonu ilə hərəkət edən yuxarı səsdən təşkil olunur.

İmalar səs komponentləri ağız və boğaz boşluğunun rezonans formasının dəyişmə yolunda güclənərkən yaxşı eşidilir.

Ən məşhuru xorekteer texnikasının istifadə olunduğu Tuva qırtlaq musiqisidir. Monqolustanda və Tuvada tez-tez istifadə olunan qırtlaq musiqisi ən çox yayılmış və müxtəlif olan xoomey növüdür.

Qırtlaq musiqisi tuva, altay, başqırd, xakas, yakut, qazax, qırğız kimi türk xalqlarının və monqol, buryat, qalmıq xalqlarının mədəniyyətinə xasdır. Altaylılarda və xakaslılarda uzun epik nitq üçün istifadə olunan kay, xay növləri yayılmışdır. Başqırdların qırtlaq musiqisi özləü adlanır. Yakutlarda isə “xabarğa ırıata” adı ilə tanınır. Qırtlaq musiqisinin bu qədim yakut növü səslənmə və texnikasına görə ifası Tuvanın “karğıraa” növü ilə oxşardır.

Tibetlilərdə qırtlaq musiqisi buddist kanonunun səsli oxuma hissəsi üçün istifadə olunur. Tibet adət-ənənəsində qırtlaq musiqisi oxuyan ifaçılar hazırlayan institutlar var. Onların arasında məşhurları Qyume və Qyuto monastırlarıdır.

Qırtlaq musiqisi Şimali Afrikanın kosa və Kanadanın inuit xalqlarında da tanınır.

Avropa xalqlarından qırtlaq musiqisi taxnikası irlandların mədəniyyətində var.

  • karğıraa
  • xoomey
  • sığıt
  • borbannadır
  • ezengileer
  • Аксенов А. Н. Тувинская народная музыка. Москва, 1964.
  • Мазепус В. В. Артикуляционная классификация и принципы нотации тембров музыкального фольклора // Фольклор. Комплексная текстология. Москва, 1998.
  • Харвилахти Л. Алтайское горловое пение: пробы анализа фонозаписей с помощью ЭВМ // Фольклор. Комплексная текстология. Москва, 1998.
  • Мазепус В. В. Горловое пение // Большая российская энциклопедия. Т.7. Москва, 2007, с.439.
  • В. Сузукей. Тувинское горловое пение «хоомей» в контексте современности // Мир науки, культуры, образования № 2, 2007, Горно-Алтайск, с. 48-51

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

http://overtone.ru/, qırtlaq musiqisi haqqında sayt

Sibir xalqlarının musiqisi Arxivləşdirilib 2016-12-21 at the Wayback Machine

Варган и горловое пение