Qırxlar dağı

Qırxlar dağıZəngəzur silsiləsində dağ.

Qırxlar dağı Zəngəzur mahalının Sisian rayonunda Ərəfsə kəndi ilə Naxçıvan MR Culfa rayonunun Ləkətağ kəndinin və Ordubadın torpaqları ilə həmsərhəddir. Qırxlar dağının dəniz səviyyəsindən hündürlüyü 3089,2 metrdir. Zirvəsi ilin bütün aylarında qarla örtülü olur. Ətəkləri çox geniş alp çəmənləridir. Yay aylarında təkcə Ərəfsənin deyil, Qarabağdan yaylağa gəlmiş bir sıra rayonların qoyun sürülərinin yemlə təmin olunmasına kifayət edirdi.

Mənbəyini Qırxlar dağının ətəklərindən götürən çay Dəliçay adlanır və Ərəfsə kəndində Salvartıçay, TaxtakörpüçayXırdaçayla qovuşur, aşağı axarında isə Bazarçayla birləşib, Araza qovuşan Bərgüşad çayına tökülür.

Qırxlar dağının zirvəsində əfsanələrlə dolu eyniadlı ziyarətgah - pir vardır. Ətraf kəndlərin müsəlman əhalisi həm Sisian kəndlərindən, həm də Naxçıvan rayonlarının — Culfa və Ordubadın kəndlərindən Qırxlar pirinə ziyarətə gələrdi.