Qızılı beş (ing. The Figure 5 in Gold)[2] və ya Qızılı beş gördüm (ing. I Saw the Figure 5 in Gold) — ABŞ rəssamı Çarlz Demut tərəfindən 1928-ci ildə çəkilmiş rəsm əsəri. Rəsm əsəri çəkilərkən kubizm və presizionizmdən təsirlənmişdir.[3] Çarlz Demut rəsm əsərini dostu Vilyam Karlos Vilyamsa hörmət əlaməti olaraq çəkmişdir.[4] Rəsm əsəri Vilyam Karlos Vilyamsın "Böyük rəqəm" şeirinə istinad edir.[5] Bu şeirdə yağışlı gecədə şəhərin küçələri boyunca (güman ki, Nyu York şəhərində[2]) bir yerə tələsən yanğınsöndürmə maşını təsvir edilmişdi. Rəsm əsəri adını bu şeirdə işlədilmiş bir ifadədən almışdır.