Qızıl Daş

Qızıl DaşAzərbaycanın Qaradağ rayonunda qəsəbə.

Qızıldaş
40°18′36″ şm. e. 49°35′53″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Qaradağ rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 60 m
Saat qurşağı
Əhalisi
Əhalisi 12.000 nəfər
Xəritəni göstər/gizlə
Qızıldaş xəritədə
Qızıldaş
Qızıldaş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəsəbə ərazisində 180 saylı orta məktəb və 8 saylı peşə məktəbi, 1 məscid, 2 aptek, 1 poliklinika, mədəniyyət evi, poçt məntəqəsi, futbol stadionu, 2 park, 2 şəhid abidəsi vardır.[mənbə göstərin]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Qəsəbə dağlarla əhatə olunub. Şimalda və şərqdə Xəzər dənizi, cənubda daş karxanaları ilə əhatə olunub. Qəsəbə ərazisinin bir hissəsi Abşeron rayonu ərazisində yerləşir.

Əhalisi 12.000 nəfərdir. qəsbədə 26 çoxmərtəbəli , 64 ikimərtəbəli, 907 həyət evi vardır.[mənbə göstərin]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Qəsəbə ətarfında daş karxanaları yerləşir, fermer toyuq təsərrüfatları vardır. Sement zavodu inşa edilir. Zavod Qaradağ rayonu ərazisində, Səngəçal Neft Terminalından 2,6 kilometr şimalda tikilir. Norm MMC-nin sifarişi ilə tikilən zavodda istehsal gücü gündə 5,000 ton klinker, ildə 2 milyon ton sement təşkil edir. Zavodun tikintisi təxminən 400 milyon ABŞ dollarına başa gələcək. Zavodda bilavasitə 400 nəfər, xammal mədənlərində isə 100-150 nəfər işləyəcəkdir. Bundan əlavə istehsaldan satışadək, o cümlədən kimya, nəqliyyat, yanacaq, qida və digər xidmət sahələrində daha 2500 nəfər ümumi dəyərdən bəhrələnəcək. 2013-cü ilin may ayında yeni sementin istehsalına başlanacaqdır.[1]

Qəsəbədə Qızıldaş qəsəbə məscidi dini icması fəaliyyət göstərir[2].

  1. "Azərbaycanın yeni sənaye nəhəngi- "Qızıldaş Sement" zavodu". 2013-04-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-08.
  2. MÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)