Drezden "Qızıl Atlı"sı (alm. Goldener Reiter) — Saksoniya və Polşa kürfürstü, Güclü Avqustun atlı heykəlidir. Abidə (alm. Augustusbrücke) körpüsü ilə (alm. Hauptstraße) küçəsi arasında (alm. Neustädter Markt) meydanında yerləşir. Abidədə Güclü Avqust roma zirehində əynində Polşa Krallığı istiqamətində at çaparkən təsvir edilmişdir.
Güclü Avqustun atlı heykəli 1732–1734-cü illərdə heykəltaraş Lüdviq Videman tərəfindən misdən hazırlanmış və qızıl amalqamla örtülmüşdür. Fransız memarı (fr. Zacharias Longuelune) tərəfindən yaradılmış postamentin tikintisinə 1735-ci ildə başlanılıb. 1736-cı ildə abidənin təntənəli açılışı baş tutur. Abidənin bərpası 1884-cü ildə memar (alm. Constantin Lipsius)-un rəhbərliyi altında aparılmışdır. Eyni zamanda, Lipsius postamentin dizaynını tamamladı.
1943–1944-cü illər İkinci Dünya müharibəsi zamanı hissələrə bölünən abidə saxlanmaq üçün Pillnitz sarayına aparılır. Abidənin müharibədən sonrakı bərpası 1953-cü ildə heykəltaraş Valter Flemminqə həvalə edilir. 1956-cı ildə abidə öz həmişəki yerini tutdu.
Abidənin sonuncu bərpası 2001–2003-cü illərdə aparılıb.