Qızıl kompas (ing. The Golden Compass) — Filip Pullmanın Şimal İşıqları romanı əsasında 2007-ci ildə çəkilmiş fantastika filmi. Rejissoru daha əvvəl “Oğlan haqqında” filmi ilə “Oskar”a namizəd olmuş Kris Veytsin çəkdiyi filmdə baş rollarda Nikol Kidman, Daniel Kreyq, Eva Qrin və Sem Elliot yer alıb. Film Üzüklərin ağası seriyasının istehsalçısı olan NewLine Cinema Company tərəfindən istehsal olunmuşdur. Filmin büdcəsi 250 milyon dollardır və 6 dekabr 2007-ci ildə buraxılmışdır. ABŞ-də 70 milyon dollar, dünya üzrə isə 372 milyon ABŞ dolları gəlir əldə etmişdir.
Qızıl kompas | |
---|---|
ing. The Golden Compass | |
Janr | fentezi filmi[d][1][2][…], elmi-fantastika filmi, döyüş filmi, roman ekranlaşdırması[d] |
Baş rollarda | |
Bəstəkar |
|
İstehsalçılar | New Line Cinema[7] |
Distribütor | InterCom[d], Netflix |
İlk baxış tarixi | 27 noyabr 2007[8], 6 dekabr 2007[9] |
Müddət | 109 dəq. |
Büdcə | 180.000.000 $ |
Gəlir | 372.234.864 $[10] |
Ölkələr | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Bern kantonu[d], Toronto, İsveçrə, Budapeşt, Bergen |
IMDb | ID0385752 |
Oksforddakı Cordan Kollecində internat tələbəsi olan Lyra və onun leprikonu Pantalaimon, bir gün məktəbə gələn əmisi Lord Asrielin və alimlərin yığıncağına gizlicə qulaq asarkən, “toz” adlı bir şey, “şimalda havada dayanan bir şəhər” və “cinayətlə başa çatmış kəşfiyyat ekspedisiyası” haqqında müəmmalı hekayələr eşidirlər.
Bir müddət sonra ətrafdakı uşaqlar yoxa çıxmağa başlayır və daha sonra dostu Rocer də uşaq oğruları olan Hamhumlar tərəfindən qaçırılır. Çox keçmədən Liranın qəyyumluğu məktəb tərəfindən son dərəcə gözəl və cəlbedici bir insan olan xanım Koulterə verilir.
Lira əvvəlcə buna etiraz edir, lakin tezliklə hamı kimi o da xanım Koulter tərəfindən şirnikləndirilir. Lakin zaman keçdikcə gözəl olduğu qədər də qeyri-adi bir insan olan xanım Koulterin Lord Asrielin düşməni olduğunu anlayanda ondan qaçır və sığındığı Çinganlarla bərabər Şimala doğru ekspedisiyaya başlayır.
Bura zirehli ayıların hökm sürdüyü, cadugərlərin səmada uçduğu və bir qrup elm adamının barəsində danışmağın belə qorxulu olduğu təcrübələrin aparıldığı bir məkandır.