Qızıl oğlan — idman yazarları tərəfindən Avropadakı gənc oyunçulara verilən bir mükafatdır. 2003-cü ildə italyan idman qəzeti Tuttosport tərəfindən qurulmuşdur. Mükafata namizəd olan futbolçular 21 yaşın altında və Avropada yüksək səviyyəli klublarda oynamaq məcburiyyətindədir.
Bu mükafat 2003-cü ildən italyan idman qəzeti olan Tuttosport tərəfindən mükafatçılara verilir. Seçimlərdə səsvermə hüququna Bild (Almaniya), Blick (İsveçrə), A Bola (Portuqaliya), l'Équipe (Fransa), France Football (Fransa), Marca (İspaniya), El Mundo Deportivo (İspaniya), Ta Nea (Yunanıstan), Sport Express (Rusiya), De Telegraaf (Hollandiya), and The Times (Böyük Britaniya) qəzetləri malikdir.
İl | Qalib | Ölkəsi | Klub | Xarici keçid |
---|---|---|---|---|
2003 | Rafael van der Vaart | Niderland | Ayaks | [1] |
2004 | Ueyn Runi | İngiltərə | Mançester Yunayted | [1] |
2005 | Lionel Messi | Argentina | Barselona | [1] |
2006 | Sesk Fabreqas | İspaniya | Arsenal | [1] |
2007 | Serxio Aqüero | Argentina | Atletiko Madrid | [1] |
2008 | Anderson | Braziliya | Mançester Yunayted | [2] |
2009 | Alexandre Pato | Braziliya | Milan | [3] |
2010 | Mario Balotelli | İtaliya | Mançester Siti | [4] |
2011 | Mario Götze | Almaniya | Borussiya Dortmund FK | [5] |
2012 | İsko | İspaniya | Malaqa | [6] |
2013 | Pol Poqba | Fransa | Yuventus | [7] |
2014 | Rahim Sterlinq | İngiltərə | Liverpul | |
2015 | Antoni Martial | Fransa | Mançester Yunayted |