Qızıltəpə (Laçın)

QızıltəpəLaçın rayonu ərazisində dağ. Ermənistanla sərhəddə yerləşir. Hündürlüyü 3182 m. Sönmüş vulkan mənşəli dağ, qırmızıya çalan lavanın rənginə görə belə adlandırılmışdır. Oronim qızıl və təpə sözlərindən ibarət olub, "qırmızı təpə" mənasındadır.[1]

Qızıltəpə
Ümumi məlumatlar
Mütləq hündürlüyü 3182 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  1. Qızıltəpə (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.