Qızılyar körfəzi

Qızılyar körfəziXəzər dənizinin qərbində yerləşən körfəz. Materikin daxilinə 20 km daxil olmuşdur. Çıxacaq hissədə eni 40 km-dir. Dərinliyi 4 metrdir.

Qızılyar körfəzi
rus. Кизлярский залив
Ümumi məlumatlar
Tip Körfəz
Dərin yeri 4 m
Duzluluğu 5-7 
Yerləşməsi
44°34′ şm. e. 47°10′ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriyası
Qızılyar körfəzi xəritədə
Qızılyar körfəzi
Qızılyar körfəzi
Qızılyar körfəzi (Dağıstan)
Qızılyar
körfəzi
Qızılyar körfəzi

Körfəzə Kuma, Prorva, Lebıy Bakon, Talovka çayları axır. Akvatoriyasında Morskoy Biryuçok adası yerləşir. Sahilləri dayaz və bəzi yerlərdə isə bataqlıqlaşmışdır.[1]

Körfəzin ərazisində onun bütün ərazisini əhatə edən Dağıstan qoruğu yaradılmışdır.

Körfəzin dayaz yerlərində qamış, adi qamış kimi bitkilər yayılıb. Nadir bitkilərdən adi qılıncotu və salviniya kimi bitkiləri göstərmək olar.[2]

Qızılyar körfəzində okun, şuka, karp, nərə, uzunburun, ağ balıq, qızılüzgəc, çapaq, lilbalıq, külmə, qızılbalıq kimi balıqlar yaşayır. Suda-quruda yaşayanlardan — adi suilanı, çöl gürzəsi və Aralıq dənizi tısbağasının adlarını çəkmək olar. Burada həmçinin qutan, qızılqaz kimi quşlar yuva qurur, bəzgək, sultan toyuğu, dovdaqlar da yaşayırlar.

Körfəzin duzluğu 5-7 ‰ təşkil etdiyi halda, Xəzərdə bu rəqəm 12,8 ‰-dir.[3]

İnzibati cəhətdən Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisinə daxildir.

  1. "Körfəzin topoqrafik xəritəsi". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-21.
  2. "Dağıstan qoruğu". 2020-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-21.
  3. Dağıstan milli parkı[ölü keçid]