Uzunburun

Uzunburun (lat. Acipenser stellatus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.

Uzunburun
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Fəsilə:
Yarımfəsilə:
Cins:
Növ:
Uzunburun
Beynəlxalq elmi adı

Uzunburun Xəzər, QaraAzov dənizlərində yaşayır. Nərəkimilər içərisində uzunburun ölçülərinə görə ən kiçiyidir.

Xəzər dənizində onun iki populyasiyasi mövcuddur: Cənubi-Xəzər və Şimali-Xəzər populyasiyaları. Xəzərin Azərbaycan sektorunda əksəriyyət təşkil edən Cənubi-Xəzər populyasiyası çoxalmaq üçün Kür çayına girir. Kür populyasiyası Şimali-Xəzər populyasiyasından gec cinsi yetişkənliyi, zəif böyümə tempi və az törəyib artması ilə fərqlənir.

Uzunburun balığın mühüm təsərrüfat əhəmiyyəti var. Ümumi nərə ovunda o sayının çoxluğuna görə birinci yerdədir.

Azərbaycanda uzunburun ehtiyatı əsasən süni yolla nərə balıqartırma zavodlarında bərpa olunur, qismən isə təbii yolla Kür (Varvara su anbarı aşağıda) və Araz (Qaradonlu kəndində, Bəhramtəpədən aşağı hissədə) çoxalır.