Qıznaz Türkeli

Qıznaz Türkeli (türk. Kıznaz Türkeli; 1 yanvar 1962, Mələkli) — Azərbaycan əsilli[1][2] Türkiyə əsnafı və siyasətçisi.

Qıznaz Türkeli
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1962(1962-01-01) (61 yaş)
Doğum yeri
Partiya

Həyatı[redaktə | mənbəni redaktə et]

Qıznaz Türkeli 1 yanvar 1962-ci ildə Türkiyədə, İğdırın Mələkli qəsəbəsində anadan olmuşdur.[3] Onun ailəsi İğdıra TəbrizQum şəhərlərindən gəlmişdir. Türkeli özünü sosialist adlandırmışdır.[4] O, ibtidai və orta təhsilini İğdırda tamamlamışdır. Türkeli gənc yaşlarında bir çox iş yerlərində və fabriklərdə çalışaraq iş həyatına başladıqdan sonra 15 il əsnaf olaraq çalışmışdır. O, qadın təşkilatları fəhlə hərəkatlarında fəal iştirak etmişdir. Türkeli Türkiyə Böyük Millət Məclisinin XXV çağırış Iğdır millət vəkili olmuşdur. Ailəlidir, uşağı var.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Hdp'nin İlk Azeri Adayı Mazbatasını Aldı". Haberler.com. 1 Temmuz 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 Haziran 2015.
  2. "Türkiye böyle kutlama görmedi..HDP'nin Azeri milletvekili öyle bir döktürdü ki!". taraf. 29 Haziran 2015. 9 Haziran 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 Haziran 2015.
  3. 1 2 "Kıznaz Türkeli". TBMM. 7 Eylül 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 Eylül 2022.
  4. "HDP-nin azərbaycanlı deputatından mühüm - Açıqlama". axar.az (az.). 12 iyun 2015. 2023-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 aprel 2023.