Qəşəng böcək

Qəşəng böcək (lat. Calosoma sycophanta) — sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Azsaylı növdür.[2]

Qəşəng böcək
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qəşəng böcək
Beynəlxalq elmi adı

Böcəyin bədənin uzunluğu 21 – 35 mm-dir; qanadüstlükləri qızılı yaşıl rəngdə olub metal parıltısına malikdir. Bığcıqları, ağız orqanlar, baldırları və pəncərələri qara rəngdə olub parlaqdır; ətrafları nadir hallarda qırmızımtıl rəngdə ola bilər.

Yayılmasıvə Sayı

[redaktə | mənbəni redaktə et]
Tırtıl

Avropa, AsiyaQafqaz meşələrində yayılmışlar. Azərbaycanda düzən və dağətəyi meşə sahələrində rast gəlinir. 2000-ci ildə İ.Q.Kərimova tərəfindən Şabran rayonunda 1 fərd, 2004-cü ildə İ.A.Nuriyeva tərəfindən Şabran rayonunda 15 fərd, 2012-ci ildə 1 fərd qeydə alınmışdır. Tək ipəksarıyanın kütləvi artdığı illərdə böcəyin sayında da yüksəliş nəzərə çarpır.[3]

Gözəlbədən böcək (Coleoptera, Carabidae) bir çox kənd təsərrüfatı, dekorativkol bitkilərinə, meşəmeyvə ağaclarına zərərverən cücülərin yumurta, kiçik yaşlı sürfə və tırtılları ilə qidalanaraq, onların sayının tənzimlənməsində böyük rol oynayır. İmaqo mərhələsində torpaqda qışlayır. Böcəklər may ayında qışlamadan çıxırlar, bu vaxt tək ipəksarıyanın və başqa zərərvericilərin tırtılları artıq orta yaş mərhələsində olurlar.

Qışlama yerlərindən çıxan böcəklər iyunun əvvəlində, bir neçə gün mayalandıqdan sonra yumurta qoymağa başlayırlar. Yumurtalar tək-tək və ya 2-5 ədəd olmaqla torpağın 2-5 sm dərinliyinə qoyulur. Yumurtanın inkişafı temperaturdan (22-28oC) asılı olaraq 4-12 gün çəkir. Bir dişi fərd orta hesabla 100-110 yumurta qoya bilir.

Yumurtadan çıxan sürfələrin rəngi ağımtıl olur. Onlar torpaqda boru şəkilli yuvacıq içərisində 2-3 gün qaldıqdan sonra rəngləri qara və ya tünd boz olur. Sürfələr iki dəfə qabıq dəyişir. Temperaturdan (22-28oC) və qidalanmadan asılı olaraq, sürfələrin inkişafı birinci yaşda 3-4 gün, ikinci yaşda 3-5 gün və üçüncü yaşda 7-10 gün çəkir. Sürfənin ümumi inkişaf mərhələsi isə 15-18 gün çəkir. Üçüncü yaşda torpağa keçir və orada 8-10 gün ərzində puplaşır. Beləliklə, sürfə mərhələsi 24-28 gün çəkir. Ədəbiyyat məlumatına əsasən sürfə mərhələsi 21-34 gün çəkir. Təbii şəraitdə kalozamanın sürfələri üzərində aparılan müşahidələr nəticəsində qeyd olunmuşdur ki, kiçikliyinə baxmayaraq, onlar cəsarətlə böyük kəpənək və böcəklərin tırtıl, pup və sürfələrinə hücum edib yeyirlər. Sürfələr ən böyük bir tırtılın bədəninin yan tərəfindən ağız qarmaqları ilə tutur və sancır, sonra onun bədən daxili möhtəviyyatı ilə qidalanır. Qidalanma ərəfəsində sürfə ağız aparatı ilə sahibin bədən daxilini gəmirə-gəmirə onu tamam yeyir. Sürfənin belə qidalanma xüsusiyyəti həm də sahibin pup mərhələsi üçün qeyd edilmişdir.[4]

Kolozoma yırtıcısının sürfə mərhələsi olduqca acgöz və yeyimcildir. Beləki, bir sürfə inkişaf müddətində tək ipəksarıyanın 40-50 kiçik yaşlı tırtılını məhv edir. Qidalanma gündüz və gecələr, hava şəraitinin münasib vaxtlarında gedir. Sürfələr sahibin tırtıllarını axtarıb tapmaq üçün ağacın 20–30 m hündürlüyünə kimi çıxa bilirlər. Yığılan materiallara əsasən, kolozomanın sürfə mərhələsinin təbii düşməninə və xəstəliyinə rast gəlinməmişdir. Puplaşma torpağın 15-20 sm dərinliyimdə və bəzən ağac qabığının dərin qatlarında gedir. Pupun uzunluğu 25 mm, eni isə 12 mm olmaqla, əvvəlcədən sürfə tərəfindən düzəldilmiş ipək borucuq içərisində yerləşir. Yaşlı fərdlərin pupdan çıxması yay aylarına təsadüf etməsinə baxmayaraq, onlar torpaqdan çıxmır, elə orada da qışlayırlar. Kolozoma böcəyi ildə bir nəsil verir. Böcəklər 2-4 il yaşayırlar. Onların fəal həyat fəaliyyəti tək ipəksarıyanın böyük yaşlı və pup mərhələsinə düşür. Bu vaxt yaşlı böcəklərin hər biri bir sutkada 300-325 tırtıl və pup ilə qidalanırlar. Ədəbiyyat məlumatına görə, kolozoma həyat fəaliyyətinin birinci ilinin yay müddətində tək ipəksarıyanın orta hesabla 180 böyük yaşlı tırtılını və 105 pupunu məhv edir. Bir kolozoma böcəyi bir mövsüm ərzində təkipəksarıyanın 239 tırtılını yeyir. Onun sürfəsi 14 gündə təkipəksarıyanın 50-60 kiçik yaşlı tırtılını yeyir. Azərbaycanda kolosoma böcəyi bir çox zərərverici ilə qidalanır, onların içərisində ən çox üstünlük verdiyi təkipəksarıyandır. Təkipəksarıyandan başqa, palıd yarpaqyeyəni, qış qarışlayıcısı, qızılqarın kəpənək, həlqəvi ipəksarıyan ilə də qidalandığı müşahidə edilmişdir. Olduqca faydalı böcəkdir. Zərərvericilərin sayının azalmasında mühüm rol oynayır.[4,5,6]

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Meşələrin qırılması, zərərvericilərə qarşı insektisidlərdən plansız surətdə istifadə, böcəklərin kolleksiyaçılar tərəfindən toplanması.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Avropanın Qırmızı Siyahısına, Çexiya, Polşa Almaniya, Rusiya Federasiyasının, Ukraynanın Qırmızı kitabı]]na və Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Böcəklərin yaşayış areallarına yaxın tarla sahələrinin insektisidlərlə emalını məhdudlaşdırmaq.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Olduqca faydalı böcəkdir. Zərərvericilərin sayının azalmasında mühüm rol oynayır.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Azərbayca Qırmızı Kitabı. I cild, 1989 ci-il
  3. Богачев А.В. Животный мир Азербайджана, Академия Наук Азербайджанской ССР, Баку, 1951, с. 321;
  4. E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu. Bakı, 2013.

4. Nuriyeva İ.A. Azərbaycanın karabid böcəklər (Coleoptera ,Carabidae) faunasına dair. AMEA Xəbərlər cild 63 №5-6 Bakı “Elm” 2008. s.81-86.

5.Nuriyeva İ.A. Azərbaycanın Böyük Qafqazın Cənub-Şərq və Lənkəran vilayətlərinin  karabid böcəklərinin (Carabidae) ekoloji xüsusiyyətləri. Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri. II cild Bakı “Elm” 2010. s.384-389.

6. Нуриева И.А. Данные о жужелицах различных районов Азербайджана. Научно-практический конференция I-ых международных Беккеровских чтений Волгоград -2010. с.473-476