Qəhrəman Süleymanlı (Tam adı Qəhrəman Omar oğlu Süleymanov; 1925 Borçalı qəzası, Kür üstü Keşəli - Qoçulu (Borçalı), Bolnisi bələdiyyəsi, 11.07.2005) — Azərbaycan ustad aşığı. Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi olmuşdur. Şair.
Aşıq Qəhrəman Süleymanlı | |
---|---|
Qəhrəman Omar oğlu Süleymanov | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Borçalı qəzası, Kür üstü Keşəli |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Çörük Qəmərli, Qoçulu (Borçalı) |
Dəfn yeri | Qoçulu (Borçalı) |
Vətəndaşlığı | SSRİ, Gürcüstan |
Milliyyəti | Azərbaycanlı |
Uşağı |
Möminə Qəzənfər Hilal Bəylər Xanlar |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, şair, aşıq |
Janr | Folklor |
Musiqi aləti | Saz |
Qəhrəman Süleymanlı 1925-ci ildə Gürcüstanın Borçalı mahalının Kür üstü Keşəli kəndində anadan olub. Uşaq yaşlarında ailəsinin kəndliləri ağalarla düşmançılıq etdiyinə görə oradan Dağ Borçalısı Qalağala kəndinə köçmüşlər.
İkinci dünya müharibəsində iştirak edən Qəhrəman Süleymanlı yaralanıb evinə dönür. Sonradan 1945-ci ildə müharibədən salamat qayıtmış atası Süleymanov Omarın Sovet Hökümətinin nümayəndələri ilə arasında olan ədavətə görə Qazaxıstana sürgün olunmuşdur.
Sürgündən qayıtdıqdan sonra Çörük Qəmərli rayonunun Qoçulu (Borçalı) kəndinə köçmüşlər. Orada evləndikdən sonra yenidən Qazaxıstana sürgün olunan Qəhrəman Süleymanlı bir neçə ildən sora yenidən Qoçulu (Borçalı) kəndinə qayıdır, orada Kolxozda baş mühasib vəzifəsinə işə düzəlib Sovet hakimiyyəti dağılanacan orada baş mühasib, bundan başqa bir neçə rayonda müxtəlif qurumlarda baş mühasib işləmişdir.
1950-ci illərdən başlayaraq şeir yazmağa başlayan Qəhrəman Süleymanlı eyni zamanda aşıqlıq sənəti ilə yaxından maraqlanıb, Aşıq Hüseyn Saraçlının tələbəsi olmuş, sənəti ondan öyrənmişdir.
Ağır məclislər, toylar aparmış aşığın adı Borçalıda yayılmış və tanınmışdır.
Dövrün bir çox qəzetlərində şeirləri çap olunan Qəhrəman Süleymanlı eyni zamanda dövrünün radio yayımlarında ifaları səsləndirilmişdir.
Borçalının və Qoçulu kəndinin şairləri, aşıqları və ağsaqqalları sırasına adını yazdıran sənətkarın əvəzsiz xidmətləri olmuşdur. Bir çox şagird yetişdirib öyrətmişdir.
Ustad aşıq 2005-ci ildə vəfat etmişdir. Məzarı Qoçulu qəbristanlığındadır.
Bu videoda 26:47 -dən başlayaraq Aşıq Qəhrəman Süleymanlı, Aşıq Hüseyn Saraçlı və başqaları https://www.youtube.com/watch?v=VeKA_IKm1Kc
Musa Nəbioğlu - Ozan Aşıq Dünyası (Bax səh. 84 - QƏHRƏMAN SÜLEYMANOV) - - Arxivləşdirilib
Müşfiq Borçalı - BOLUS (BOLNİSİ) RAYONU - 02 - Bax Qoçulu kəndi - Arxivləşdirilib
Şurəddin Məmmədlinin - AZƏRBAYCAN ƏDƏBİYYATININ BORÇALI QOLU 1920-ci ilə qədər - Bax İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT : 105. Dissertasiya (monoqrafiya) müəllifinin şəxsi arxivi: b) səhifə 345 - Qarani haqqında, söyləyən: Qoçulu kənd sakini Qəhrəman Süleymanov, tarix: 1995, avtoqraf - Arxivləşdirilib