Qəhvəyi dazı sovkası (lat. Actinotia polyodon) — pulcuqqanadlılar dəstəsinin sovkalar fəsiləsinə aid kəpənək növü.
Qəhvəyi dazı sovkası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qəhvəyi dazı sovkası |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Qanadları açılmış halda 25–30 mm-dir. Ön qanadları qırmızımtıl-qonur olub, qəhvəyi və qırmızımtıla çalır. Böyrəkşəkilli naxış böyükdür, bozumtul rənglə haşiyələnmişdir, ortasında ağ cizgi var. Yumuruvə pazşəkilli naxışlar görünmür. Dalğavari zolaq diş-diş olub, "w" hərifinə oxşayır. Arxa qanadı bulanıq-ağdır. Ön kənarı tünd, enli sarğı ilə əhatələnmişdir.[1]
Şimali Avropa, Rusiya, Qafqaz və Sibirin cənubundan başlamış Yaponiyaya qədər və Türkmənistan ərazilərində yayılmışlar.Azərbaycanda Böyük Qafqazın dağətəyində rast gəlinir.[2]
Meşə açıqlığı, çəmənlik, bağlıq, yabanı bitki biotopları. Tırtıl mərhələsində xəzəllərin altında barama içərisində qışlayır. Kəpənəyi iyun və sentyabr aylarında uçur. Tırtılı iyul və sentyabr aylarında dazı bitkisi üzərində yaşayır. 2 nəsil verir. Birinci nəsli maydan iyunun axırlarına, 2-ci nəsli isə iyulun ortalarından sentyabrın axırlarına qədər çəkir.[3]
Azsaylıdır. Cəmi 6 kəpənəyi Qəbələ rayonunun Qəmərvan kəndindən toplanmışdır.
Yaşadığı meşə ərazilərində turizm obyektlərinin tikilməsi, bununla əlaqədar olaraq ağacların qırılması, meşə örtüyünün məişət tullantıları ilə çirkləndirilməsi kəpənəyin sayına ciddi təsir göstərir. Bundan başqa yaşadiği biotopların əkin üçün istifadə olunması və həvəskar kolleksiyaçılar tərəfindən toplanması da populyasiyanı zəiflədir.
Yaşayış yerlərində yasaqlıq təşkil etmək.