Qələbə abidəsi (Ankara)

Qələbə abidəsi (türk. Zafer Anıtı, həmçinin Ulus Atatürk Anıtı olaraq tanınır) — Türkiyənin Ankara şəhərində Mustafa Kamal Atatürkün monumental atlı heykəli. Abidə 24 noyabr 1927-ci ildə açılmışdır. Ulus meydanında, Qurtuluş müharibəsinin qəhrəmanları şərəfinə Yenigün qəzeti rəhbərliyində türk xaqlının vəsaiti hesabına inşa edilmişdir. Abidə Türkiyədə reallaşdırdığı monumental heykəlləri ilə tanınan avstriyalı heykəltaraş, rəssam, xalkoqrafillüstrator Heinriç Krippel tərəfindən hazırlanmışdır.

Qələbə abidəsi
türk. Zafer Anıtı
Xəritə
Ölkə  Türkiyə
Yerləşir Ankara
Memar Heinriç Krippel
Tikilib 1927
Material tunc
Saxlanıldığı yer
39°56′30″ şm. e. 32°51′17″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abidə Ulus meydanında yerləşir. Bu meydan 1950-ci illərə qədər Ankaranın mərkəzi meydanı sayılırdı[1]. Atatürk bulvarından şərqdə yerləşir.

Türk hökumətinin elan elədiyi beynəlxalq yarışmada birinci olan avstriyalı heykəltaraş Heinriç Krippelə 1925-ci ildə sifariş edilən heykəl. Heykəltəraşın Türkiyədə sifariş edilən ən əhatəli işidir. Atatürk Krippeli Çankaya Köşkündə qonaq etmiş və heykəltaraşa abidənin dizaynı ilə bağlı təkliflər etmişdir. Vyanada hazırlanan abidə 24 noyabr 1927-ci ildə Ulus meydanında qoyulur. Abidənin açılışını Türkiyə Böyük Millət Məsclisinin sədri Kazım Qarabəkir paşa edir. Açılış mərasimində TBMM Baş katibi Kazım Özalp, Baş nazir İsmət İnönü, sadə vətəndaşlar və əsgərlər iştirak etmişdir. Açılış zamanı Memorial Komitəsinin sədri Yunus Nadi Abalıoğlu nitqlə çıxış etmiş, Mehmet Əmin Yurdaqul isə "Zəfər" şeirini oxumuşdur. Meydanın genişləndirmə işləri ilə əladədar olaraq abidənin ilk yer dəyişdirilmiş və indiki yerə köçürülmüşdür. Yenigün olaraq bilinən abidə Anıtqəbirin inşasına qədər Ankaranın dövlət mərasimlərinin keçirildiyi yer olmuşdur. Abidədə 2002-ci ildə bərpa işləri aparılmışdır.

Abidə bir bürünc heykəllər qrupudur. Atlı heykəlin yanında üç başqa heykəllərdə vardır: iki əsgər və bir qadın. Atatürk hərbi formada təsvir edilmişdir. Onun üzərində olduğu at "Sakarya" adlı bir döyüş atıdır. Əsgərlərdən biri digərini döyüşə çağırımış kimi təsvir edilir. Digər əsgər isə müşahidə aparır. Bir qadın isə mərmi daşıyırmış kimi təsvir edilmişdir. Bu türk qadınının Türkiyə İstiqlaliyyət müharibəsindəki rolunu göstərir[2].

  1. "Ankaranın xəritəsi". 2020-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.
  2. Ministry of Culture page Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine(türk.)