Mehmed Əmin Yurdaqul (türk. Mehmed Emin Yurdakul; 13 may 1869[1], Beşiktaş, İstanbul ili[1] – 14 yanvar 1944[1][2], İstanbul) — Türk şairi, millət vəkili. "Türk şairi", "Milli şair" kimi anılır.
Mehmet Əmin Yurdaqul | |
---|---|
türk. Mehmet Emin Yurdakul | |
Doğum tarixi | 13 may 1869[1] |
Doğum yeri | |
Vəfat tarixi | 14 yanvar 1944[1][2] (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, şair, siyasətçi |
Mehmet Əmin Yurdaqul Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Mehmet Əmin Yurdaqul 1869-cu ildə İstanbulun Beşiktaş məhəlləsində doğulmuşdu. Arası bir balıqçı olan Salih rəis, anası isə Ədirnədən köçüb İstanbula yerləşmiş olan Əminə xanım idi.
Mehmet Əmin Yurdaqul Beşiktaş Əsgəri Rüştiyesini bitirdikdən sonra edadiyyə məktəbə davam etmiş, ancaq bitirə bilməmişdir. Bir müddət Huquq Məktəbinə də oxumuşdur.
Mehmet Əmin Yurdaqul Əhməd Ağaoğlu, Dr. Fuat Salih, Əhməd Fərid kimi ziyalılarla birlikdə "Türk kültürü, dili və sənətinin gəlişdirilməsi məqsədilə" qurulan Türk ocağı adlı təşkilatın qurucuları arasında yer aldı. Təşkilatın ilk başqanı oldu.[3]