Qərbi Ermənistan İdarəçiliyi, Türkiyə Ermənistanı İdarəçiliyi — İkinci Van üsyanından sonra, 1915–1918-ci illərdə Van gölü ətrafında rus-erməni qüvvələri tərəfindən ələ keçirilərək qurulan müvəqqəti idarəçilik.
Qərbi Ermənistan İdarəsi | |||
---|---|---|---|
| |||
Rəsmi dilləri | |||
Paytaxt | Van |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
XIX əsrin sonlarından etibarən ermənilər öz dövlətlərini qurmaq üçün müxtəlif təşkilatlar yaradıb, ideyaları uğrunda mübarizə aparırdılar. Bunlardan ən güclüsü Daşnaksütun partiyası idi. 1915-ci ilin 19 aprel-6 may tarixlərində bu partiyanın rəhbərliyi ilə İkinci Van Üsyanı baş tutur. Üsyana Aram Manukyan ("Vanlı Aram") rəhbərlik edirdi. Osmanlı dövləti bu üsyanı yatızdırmağa çalışsa da rus qoşunlarının köməyi ilə 16 may gecəsi Van rus-erməni birləşmələri tərəfindən ələ keçirilir. Avqust ayında Osmanlı ordusu tərəfindən geri qaytarılsa da, yenidən rus-erməni birləşmələri tərəfindən ələ keçirilir. Bir müddət Azad Vaspurakan adlanır. 1917-ci ilin dekabrında Hakob Zavriev tərəfindən idarə olunan Zaqafqaziya seyminə bağlı olur. Ermənistan Demokratik Respublikasının qurulmasıyla qısamüddətli bu dövlətə birləşir, sonralar Osmanlı dövləti tərəfindən yenidən geri qaytarılır.