Qərbi Folklend

Qərbi Folklend (ing. West Falkland, isp. Isla Gran Malvina) — Folklend adaları arxipelaqının tərkibinə daxil olan ada. Atlantik okeanın cənubunda yerləşir. Şərqi Folklend adasından sonra arxipelaqın ikinci böyük adasıdır. Şərqi Folklend adasından Folklend boğazı vastəsi ilə ayrılır. Adalara Argentina iddia edir

Qərbi Folklend adası
ing. West Falkland, isp. Isla Gran Malvina
Ümumi məlumatlar
Sahəsi 4532 km²
Hündür nöqtəsi 700 m
Əhalisi 127 nəfər (2006-cı il)
Yerləşməsi
51°47′51″ c. e. 60°07′55″ q. u.HGYO
Ölkələr
Akvatoriya
[[Fayl:|280px|Qərbi Folklend adası xəritədə]]
Qərbi Folklend adası
Qərbi Folklend adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Adanın şərq sahilləri

Qərbi Folklend adasının sahəsi 4532 km²; sahil xətdinin uzunluğu 1258,7 km təşkil edir[1].

Şərq hissəsi təpəlikdir. Burada Hornbi dağları şimaldan cənuba doğru uzanır. Ən hündür nöqtəsi 700 metr yüksəkliyə malik Adəm dağıdır[2]. İkinci hündür nöqtəsi Robinson dağıdır (695 m). İri çayları: Uarra və Çartres.

Adada pinqvin koloniyaları və digər dəniz quşları yaşayır.

Əhali və iqtisadiyyat

[redaktə | mənbəni redaktə et]

2006-cı il məlumatına görə adada 127 nəfər insan yaşayır[3] (2001-ci ildə 144 nəfər). Ən iri yaşayış məntəqəsi Port-Hovarddır, adanın şərqində yerləşir. İkinci yaşayış məntəqəsi Foks-Bey olaraq eyni adlı körfəzin sahində, adanın isə cənub-qərbində yerləşir. Adanın iqtisadiyyatının əsasını qoyunçuluq təşkil edir.

  1. "Inventory of European data sources relevant for coastal erosion assessment in Europe (page 122)". European Commission. 2002. 2012-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 July 2010. The source uses metric units.
  2. "Falklands.info Geography". web page. 2012-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2010.
  3. "Falkland Islands Census Statistics, 2006" (PDF). 2010-12-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-07-14.