Folklend boğazı

Folklend boğazı Folklend adaları arasında yerləşir. Qərbi Folklend adasını Şərqi Folklend adasından ayırır. Boğazı ilk dəfə 1690-cı ildə Jons Stroug adlandırmışdır. İspanlar isə adaya 1768-ci ildə San Karlos gəmisində ayaq basmış və buranı gəminin adına uyğun olaraq Estrecho de San Carlos adlandırdılar. Boğazın yerləşdiyi ərazi 400 milyon il bundan öncə meydana gəlməyə başlamışdır. Relyefin əmələ gəlməsi litosfer tavaların ayrılması və toqquşması nəticəsində formalaşmışdır. Boğazın uzunluğu 90 km , ən dar yeri isə 4,5 km təşkil edir. Boğazın daxilində bir sıra kiçik adalar mövcuddur: Qreyt, Paqqlz, Tissen, Svan Aylends və s.

Folklend boğazı
ing. Folkland Sound isp. Estrecho de San Carlos
Ümumi məlumatlar
Eni minimum 4,6 km
Uzunluğu 90 km
Yerləşməsi
51°48′00″ c. e. 59°30′00″ q. u.HGYO
Ölkələr
Akvatoriyası
Ayırır Qərbi FolklendŞərqi Folklend aralarını
Folklend boğazı xəritədə
Folklend boğazı
Folklend boğazı