Qərbi Nortbruk

Qərbi Nortbruk (adanın əvvəlki adı Yuri Kuçiyev adası olmuşdur.) — Frans-İosif Torpağının cənub-qərbində yerləşir. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisində yerləşir.

Qərbi Nortbruk
rus. Западный Нортбрук
Ümumi məlumatlar
Sahəsi 254 km²
Hündür nöqtəsi 344 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
79°57′52″ şm. e. 50°14′32″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Qərbi Nortbruk xəritədə
Qərbi Nortbruk
Qərbi Nortbruk

Arxipelaqın ən cavan adasıdır. Ada Nortbruk adasının cənub-qərb hissəsindən ayrılması nəticəsində yaranmışdır[1].

Əvvəlcə Nortbruk adası tək bir ada hesab olunurdu. Əvvəllər buzlaqla bağlanmış Qərbi və Şərqi Nortbruk arasındakı boğazı 1985-ci ildə “Kapitan Dranitsın” buzqıran gəmisində tarixi-arxeoloji ekspedisiyanın üzvü Rostislav Qaydovski kəşf edib. Ekspedisiya boğaza Qaydovskinin adını , adalara isə Qərbi Nortbruk və Şərqi Nortbruk adlarını vermək qərarına gəlib. Bu barədə Ümumittifaq Coğrafiya Cəmiyyətinə hesabat göndərilmiş, lakin cavabsız qalmışdır[2].

2006-cı ildə Stanislav Rumyantsev (Frans-İosif Torpağı vasitəsilə Şimal qütbünə turist səfərləri həyata keçirən "Yamal" nüvə buzqıran gəmisinin kapitanı) Nortbrook adasının boğaz tərəfindən iki hissəyə bölündüyünü bildirir. 2007-ci ildə Frityof Nansen və Yalmar Yohansenin izi ilə Nortbruk adasındakı Flora burnuna xatirə ekspedisiyasına çıxan Borqe Ousland (Norveç) və Tomas Ulrix (İsveçrə) də adanın bölündüyünü görüb Rusiyaya məktub göndərirlər. Norveçdəki səfirlik yeni adanın kəşfi ilə bağlı bəyanatla adanın Yalmar Yohansenin adının verilməsini təklif edir.

2008-ci ildə Arktika-2008 ekspedisiyasının bir hissəsi olaraq Nortbrukda yeni bir adanın varlığını yoxlamaq tapşırığı ilə iki hidroqraf Akademik Fedorov elmi gəmisi ilə yola düşür, lakin hava şəraiti səbəbindən bu iş tamamlanmır.

Arxangelsk Regional Məclisinin qərarı ilə ada sualtı gəmi ilə Şimal qütbünə ilk çatan kapitan Yuri Kuçiyevin xatirəsinə adlandırılır. Bununla belə, Regional Məclisin yeni aşkar edilmiş coğrafi obyektlərə ad vermək hüququ yox idi.

2012-ci ildə Rusiya Arktika Milli Parkının hərtərəfli ekspedisiyası zamanı boğazın ilkin təsviri aparılır. Ekspedisiyanın üzvləri qərb və şərq tərəfdən onun sahillərini gəzmiş, sahilləri təsvir etmiş, naviqasiya xüsusiyyətlərini öyrənmiş, GPS koordinatlarını götürmüş və fotoşəkillər çəkmişlər. Həmin il Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun Yüksək Enlik Ekspedisiyasının hidroqrafları boğazın havadan şəklini çəkmiş, hamarlama tədqiqatı aparmış və GPS-dən istifadə edərək sahil xəttinin koordinatlarını qeyd etmişlər.

Qərbi Nortbruk və Şərqi Nortbruk adalarının son adı "Coğrafi obyektlərin adları haqqında" Federal Qanuna uyğun olaraq və Arxangelsk Regional Deputatlar Məclisinin təklifi əsasında Rusiya Federasiyası Hökumətinin 19 oktyabr 2020-ci il tarixli qərarı ilə təsis edilmişdir[3].

  1. "«Yuri Kuçiyev adası — yeni ada»". 2009-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-23.
  2. Алексей Полянский. Необитаемый и безымянный: Новый остров в Арктике «открывали» несколько раз Arxivləşdirilib 2021-01-20 at the Wayback Machine / Российская газета — Неделя — Северо-Запад. — № 6204. — 10.10.2013.
  3. "Распоряжение Правительства РФ от 19 октября 2020 г. № 2700-р". 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.