Qəribə soğan

Qəribə soğan, Pəl (lat. Allium paradoxum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Meşə (yabanı) soğanı deyilən pəl bitkisi sarımsağın yaşıl zoğuna çox oxşayır və onun dadına bənzəyir.

Qəribə soğan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü (5) 10-25 (30) sm-dir. Soğanağı yumurtaşəkilli və ya şarşəkilli olub, qalınlığı 1 sm-ə qədərdir və boz qınlıdır. Gövdəsi zəifdir, bir ədəd kökətrafı yarpağı vardır, onunla birgə rəngsiz dəriciyə oxşar qın geyinmişdir. Yarpaq demək olar ki, gövdəyə bərabərdir və ya ondan uzundur, xətvari neştərşəkillidir, eni 5-15 mm-dir, ortdan və ya aşağıdan qaidəsinə doğru daralmış və kütdür. Qını ağ rəngli, pərdəşəkillidir, qaidəsinə qədər iki uzunsov-neştərvari qanadlara bölünmüşdür, çətirdən qısadır. Çətirinin 1-5 (8) ədəd əyilən çiçək saplağı vardır, çox vaxt soğanaqla olur; çiçək saplağı çiçəklərə bərabər və yaxud ondan 1,5 dəfə uzun olur, çiçək altlığı yoxdur. Çiçək yanlığı enlizınqırova oxşar, tutqun-ağ rəngli olub,üzərində limon sarısı rəngdə çalarları vardır. Qutab və turşusu hazırlanır. Qutabı dadı-tamına görə digər qutablardan fərqlənir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Aprel ayında çiçəkləyir, aprel-may aylarında meyvə verir. Yarpaqları qida kimi istifadə olunur.

Böyük Qafqazda (Quba), Böyük Qafqazın şərq, Kiçik Qafazın şimal, mərkəzi və cənub hissələrində, Lənkəran dağlarında yayılmışdır. Aşağı dağ qurşağından, orta dağ qurşağına kimi, meşələrdə, kolluqlarda və meşənin kənarlarında rast gəlinir.