Qafqaz çubuqlucası (lat. Philadelphus caucasicus) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü.
Qafqaz çubuqlucası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Qafqaz çubuqlucası |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Qafqazın şimal-şərqində, Kiçik Asiyada dəniz səviyyəsindən 1800 m hündürlükdə yayılmışdır.
Hündürlüyü 3 m olan koldur. Zoğları sarı və ya qırmızımtıl-sarıdır. Gövdənin qabığı qəhvəyi-qonur, çatlayan və soyulandır. Yarpaqları nazik, yaşıl, uzunsov, ellips və ya neştər formalı, 3,5-8 sm uzunluqda, uc tərəfdən sivri, əsası dairəvi, kənarları az gözə çarpan dişli, çılpaq və ya alt tərəfdən tüklüdür. May ayında 20-25 gün ərzində çiçəkləyir. Çiçəkləri ağımtıl rəngli, çox ətirli, 2-3,5 sm diametrində olub, 14 sm uzunluqda salxımvari çiçək qrupuna toplanmışdır. Çiçək qrupunun oxu və kasayarpaqları çılpaq və ya tüklüdür. Sütuncuğu çox hallarda tüklü, yarıya qədər bitişmiş olur. Kasayarpaqları və ləçəkləri 4-dür. Erkəkcikləri çoxlu miqdarda, qısa və ya uzun, az və ya çox bitişikdir. Sütuncuqlarının uzunluğu təxminən yarıya qədər bitişmişdir. Meyvəsi iyul ayının axırında yetişir. Toxum və qələmlərlə artırılır.
Tez böyüyür, soyuğa davamlı, torpağa tələbkar deyil, ancaq dərin, humuslu və nəmişli torpaqlarda daha yaxşı inkişaf edir. Qaza və tüstüyə davamlıdır, budanmanı yaxşı keçirir.
Azərbaycanın şimal bölgələrində mədəni şəraitdə becərilir.
Qafqaz çubuqlucası qazon əkinlərində, tək-tək və qruplarla əkildikdə gözəl görünür. Çubuqlucanın çiçəklərindən alınan ekstraktdan yeyinti və ətriyyat sənayesində istifadə edilir. Qurudulmuş çiçəkləri çaya xoş ətir verir. Onlardan salatları və qənnadı məmulatlarını ətirləndirmək üçün istifadə edilir. Dekorativ bitki kimi çubuqluca parklarda və bağlarda becərilir.