Qafqaz əsiri rus. Кавказкий пленник — dağlarda əsarətdə rus zabitləri Jilin və Kostılin haqqında.
Qafqaz əsiri | |
---|---|
Кавказкий пленник | |
Müəllif | Lev Tolstoy |
Janr | Hekayə |
Dil | Rus dili |
Orijinalın nəşri | 1872 |
Hadisə Qafqaz müharibəsi zamanı olur. Qafqazda zabit Jilin xidmət edir. Onun anası Jilinə məktub göndərir: "Çox xəstəyəm bir qızı görmüşəm istəyirəm ölümümdən qabaq sənin toyunu görüm".
Jilin məktubu oxuduqdan sonra komandirdən icazə alıb qaladan çıxır. Yol üzrə bir neçə atlı tatarlarla rastlaşır, tatarlar onun atını vururlar və onu əsr götürürlər. Jilini dağlıq kəndinə gətirirlər, orada onu və Kostılini Əbdül-Murada satırlar. Əbdül Murad zabitlərə evə məktub yazmağa məcbur edir ki, onlar üçün ödəməni versinlər. Jilin məktubda səhv ünvanı göstərir. Kostılinsə ölməkdən qorxduğu üçün məktubu düz ünvana göndərir. Jilin və Kostılin sarayda əsir yaşayırlar. Jilin yerli uşaqları eyni zamanda Diananı özünə cəlb etmək üçün onlara kuklalar hazırlayır, Kostılinsə bütün günü yatırdı. Kəndlilər gəzintilər zamanı Jilin rus zabitləri tərəfə geri qaçmaq haqqında düşünür. Gecələr o sarayın altın qazmağa başlayır. Orada 13 yaşlı bir tatar qız olur - Diana. Dina bəzən ona kökələr və ya qoyun ətinin tikələrini gətirir.
Nə vaxt ki, Jilin kənd sakinləri ruslarla döyüşdə görəndə qaçmağa yol axtarır. O Kostılinlə gecə sarayın altın qazırlar, və meşəyə soxulmağa çalışırlar. Ancaq Kostılinin ləngliyinə görə onlar meşəyə gedə bilmirlər. Onlara tatarlar fikir verirlər və geri gətirirlər. İndi onları çuxura atırlar. Dina Jilinə qulluq etməyə davam edir.
Jilin Kostılini götürüb qaçır. Kostılinnin iniltisini eşidən tatarlar yenə onları tutur. Jilin eyni zamanda orada tatar dilini öyrənir. Həm də həkimlik edirdi. Jilin görür ki, qaçmaq mümkün deyil, biraz hiyləgərlik edir. Tatarlara deyir ki, təcili dərman lazımdır.
Dərman adıyla Jilin tatarların əlindən qurtulur. Kostılinsə orada bir neçə ay qalır. Sonra Jilin tatarlara pul göndərib Kostılini oradan qurtarır.