Qafqaz Azərbaycan Respublikası (kitab)

"Qafqaz Azərbaycan Respublikası" — 1919-1920-ci illərdə Versal Sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin Parisdə nəşr etdirdiyi üç kitabdan biri[1][2]. Bu kitab nümayəndəliyin ən operativ nəşri idi. Kitabın əsas müəllifi Əkbər ağa Şeyxülislamovdur[3].

Qafqaz Azərbaycan Respublikası
Müəllif Əkbər ağa Şeyxülislamov
Orijinalın nəşr ili 1919
Səhifə 51

51 səhifəlik bu kitab 14 bölmədən ibarətdir:[1]

  • I bölmə – "Azərbaycanın mənşəyi: müstəqil xanlıqlar və onların təşəkkülü";
  • II bölmə – "Azərbaycanın yerli əhalisi, onlann keçmiş rus imperiyasına münasibəti";
  • III bölmə – "Transqafqaz Seymi Federasiyasi: onun zəifləməsi və süqutu";
  • IV - XIII bölmələr – ?
  • XIV bölmə – "Azərbaycanın Sülh konfransına ümidləri və tələbləri".
  1. 1 2 Ramiz Abutalıbov. FRANSADA İLK AZƏRBAYCAN DİPLOMATİK NÜMAYƏNDƏLİYİNİN İNFORMASİYA VƏ NƏSR SAHƏSİNDƏKİ FƏALİYYƏTİ Arxivləşdirilib 2015-03-20 at the Wayback Machine. "Diplomatiya aləmi" jurnalı, 2003, № 3, səh. 72.  (az.)
  2. Ülviyyə Tahirqızı. Mətbuatımızın mühacir yazarları (xalqcebhesi.az Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine, anl.az), "Xalq Cəbhəsi" qəzeti, 23.07.2014, səh. 11.  (az.)
  3. Azərbaycan tarixi Arxivləşdirilib 2018-01-27 at the Wayback Machine. Yeddi cilddə. V cild (1900-1920-ci illər), Bakı, "Elm", 2008, səh. 6.  (az.)