Qafqaz qonurdişi

Qafqaz qonurdişi lat. Sorex caucasica Yereşənlər (lat. Soricidae) fəsiləsinə aid olan növdür.

Qafqaz qonurdişi
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Orta ölçülüdür. Azərbaycanda əldə edilmiş 56 fərdin kütləsi 6,3 -13,1 qram, bədənin uzunluğu 66,9 - 74,8 mm, quyruğu 35,5 – 43,0 mm, pəncəsi 10,0 -13,2 mm olmuşdur[1].

Arealı QafqazıKiçik Asiyanın qonşu rayonlarını əhatə edir. Azərbaycanda Böyük və Kiçik Qafqazda d.s. 1700–2000 m –dən hündürlüklərdə yayılmışdır [2]. Respublika ərazisində 2 yarımnövün olması mümkündür (lat. S.c.caucasicalat. S.c.armenica)[3].

Meşələrdə, kolluqlarda, çayların kənarında rütubətli yerlərdə məskunlaşır. Çox hərəkətli və cəld heyvandır. İlk rast gələn yuvada, torpaq yarıqlarında, daş yığınlarında, müxtəlif boşluqlarda gizlənə bilir. Azərbaycanda azsaylıdır. Apreldən oktyabrın sonuna qədər çoxalır və bu müddət ərzində dişi 2-3 nəsil verir. Əsasən onurğasızlarla (sərtqanadlılar, böcək sürfələri, ikiqanadlılar, milçək, qarışqa sürfələri, soxulcanlar və s.) və xırda onurğalılarla (qurbağalar, kərtənkələlər, siçankimi gəmiricilər) qidalanır. Bir çoxu kənd təsərrüfatı bitkilərinə, meşələrə, çəmənlərə, eləcə də saxlanc yerlərində ərzaq məhsullarına ziyan vuran cücüləri böyük miqdarda məhv etməklə fayda verirlər. Leş yeməklə də təbiətdə müəyyən sanitar funksiyasını yerinə yetirir [1].

  1. 1 2 Гошуналиев А.Г. Землеройки (Soricidae) Азербайджана \\ Автореф. дис. канд. биол наук.- Киев, 1990 , 22 с.
  2. Aлекперов Х. М., Гошуналиев АГК изучению фауны насекомоядных млекопитающих Азербайджана \\ ИзвАН Азерб.ССР, сер. Биол. Наук. Баку,1976, N2:88 – 92.
  3. Cоколов В.Е., Темботов А.К. Несекомоядные \\ Позвоночные Кавказа–М.: Наука, 1989, 531 с.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

http://www.iucnredlist.org/details/41415/0 Sorex satunini