Qaladan tapılan mücrü — rejissor Gülbəniz Əzimzadənin filmi.
Qaladan tapılan mücrü | |
---|---|
Janr |
detektiv macəra uşaq |
Rejissor | Gülbəniz Əzimzadə |
Ssenari müəllifləri |
Svetlana Qasımova Semyon Listov |
Baş rollarda |
Kamran Şahmərdanov — Mənsur Ülvi Səfərov — Ənvər Samirə Qarayeva — Nərgiz Mikayıl Kərimov — kapitan İsrafilov İbrahim Əliyev — Həsən Həsənağa Turabov — "qəyyum" |
Operatorlar |
Ələkbər Muradov Valeri Kərimov |
Bəstəkar | Rauf Əliyev |
Rəssam | Arif Əbdürrəhmanov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 27 dekabr 1982 |
Filmin digər adı | İsmayıl bəyin mücrüsü |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 76,5 dəq. |
Ölkə | SSRİ |
Dil | rusca |
İl | 1982 |
Texniki məlumatlar |
8 hissə 2090 metr genişekranlı 35 mm |
Rəng | rəngli |
IMDb | ID1198141 |
Filmdəki hadisələr Bakıda cərəyan edir. İki məktəbli dost — Mənsur (Kamran Şahmərdanov) və Ənvər (Ülvi Səfərov) xəzinə tapmaq arzusu ilə yaşayırdılar. Bir gün uşaqlar İçərişəhərin sökülüləri arasından içərisində qiymətli daş-qaş olan mücrü tapırlar. Lakin uşaqları güdən cinayətkarlar xəzinəni ələ keçirirlər. Uşaqlar bu barədə milisə məlumat verir və quldurların tutulmasında milis əməkdaşlarına köməklik göstərirlər.
Filmin yaradıcılarının ümdə məqsədi gənc tamaşaçılara vicdan, yoldaşlıq, fədakarlıq kimi məfhumlar barədə söhbət açmaq, xeyirlə şəri bir-birindən ayırmaqda onlara kömək etməkdən ibarətdir.
Film operator Ələkbər Muradovun quruluşçu operator kimi kinoda ilk işidir.
1983-1984-cü illərdə bu film digər Azərbaycan kinolentləri arasında Sovet İttifaqında tamaşaçı sayına görə (4 milyon 80 min nəfər) I yeri tutmuşdur.